Cümə axşamı, 06 Aprel 2017 22:00

Dərman monopoliyasının başında kim durur?

“Baku Farm” adlı dərman firmasının bağlanmaq, firmanın rəhbəri İsmayılov Nazimin isə hazırda həbs təhlükəsi var. Bu barədə məlumatı qəzetimizə Səhiyyə Nazirliyində çalışan etibarlı mənbə verib. Mənbənin bildirdiyinə görə, bu firma Azərbaycanda heç bir monopolistlə əlaqəsi olmadığından problemlə üzləşib. Belə ki, firmanın rəhbərləri bir neçə Avropa ölkələrində olaraq dərman müqaviləsi bağlayıb və Azərbaycana dərman gətirməyə başlayıb. İlk əvvəl onlara heç kim dəyib-dolaşmasa da, firmanın dövriyyəsi artdıqdan sonra monopolistlər firmanı sıxışdırmağa başlayıb. Firmanın sahibi İsmayılov Nazim Baş Prokurorluğa çağrıldıqdan sonra onu qanunsuz olaraq 7 sutka həbsdə saxlayıblar. Prokurorluğun əməkdaşları “Baku Farm” şirkətinin ofisinə gedərək heç bir məhkəmə sənədi təqdim etmədən şirkətin əmlakını müsadirə ediblər. Səhiyyə Nazirliyində olan mənbənin sözlərinə görə, Baku Farm şirkətinin hədəfə çevrilməsinin əsas səbəbi Ölkənin birinci vitse-prezidentinin Azərbaycandakı dərman monopoliyasına başçılıq etməsidir. Belə ki, prezident ailəsinə yaxın iş adamlarına məxsus olan “Zeytun Pharmceuticals” şirkəti Azərbaycanda dərman və tibbi avadanlıqlar gətirməklə məşğuldur. Şirkətin bütün Azərbaycan boyu “Zeytun” apteklər şəbəkəsi var. Bu şirkət apteklərinə dərmanları xairici ölkədən özü gətirir və istədiyi qiyməti də qoyur. Başqa bir şirkət Azərbaycana dərman gətirəndə onlar qiyməti ucuz qoyurlar, “Zeytun” isə monopolist olduğuna görə qiymətləri çox baha qoyur. Bazarda yeni şəxs olanda isə Mehriban Əliyevanın şirkəti bütün inzibati resurslardan istifadə edərək onları bazardan sıxışdırmağa başlayır. Səhiyyə Nazirliyində olan mənbənin sözlərinə görə “Baku Farım” şirkəti hazırda çox acınacaqlı vəziyyətdədir, şirkətin rəhbərləri həbs olunmamaq üçün hər şeyə razı olduqlarını deyiblər. Qəzetimiz “Baku Farm” şirkəti ətrafında baş verən hadisələrlə əlaqədar olaraq Səhiyyə Nazirliyinin mətbaut xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. Liya xanım sualımızı eşitdikdən sonra hazırda məşğul olduğunu sonra zəng etməyimizi xahiş etdi. Biz Liya xanıma daha sonra dəfələrlə zəng vursaq da, nazirliyin mətbuat xidmətinin rəhbəri telefonumuza cavab vermədu. Məsələni gündəmdə saxlayaraq yaxın zamanlarda oxucularımıza bu haqda daha dolğun məlumat veriləcək.

Oxunuş sayı 2311 dəfə
Şərh vermək üçün giriş edin
Top