Cümə, 18 May 2018 22:00

Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən getdi

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.

 BakuPost xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.  

Xəbəri Rəşad Mahmudovun özü BakuPost-a təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib: "Müqavilənin müddəti bitdiyinə görə, qarşılıqlı olaraq müqaviləyə xitam verildi".

Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.

Oxunuş sayı 3338 dəfə
Şərh vermək üçün giriş edin
Top