Bazar, 15 Yanvar 2017 21:00

Təfəkkür universiteti bağlandı

“Tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlanıb”

Təhsil Nazirliyi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib.

Nazirlikdən deyilib ki, universitet 2016-cı ilin oktyabrında müraciət edərək, Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə bağlı fəaliyyətini dayandırma qərarı aldığını bildirib:

“Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə aldıq. “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması qərarı verdik. Hazırda orada təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Bu məqsədlə işçi qrupu yaradılıb”.

Nazirlik işçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim edilməsini tapşırıb.

“Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

Köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”.(lent.az)

Oxunuş sayı 1528 dəfə
Şərh vermək üçün giriş edin
Top