Çərşənbə axşamı, 16 İyul 2019 23:04

Bakıda “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirilib

Xeberinfo.de-nin verdiyi məlumata görə, Azərbaycan Dillər Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə seçim turu olub.

Müsabiqə “Çin dilini öyrən və öz gələcəyini qur” devizi altında məktəblilər arasında keçirilib.

Qiymətləndirilmə zamanı Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun şagirdi Əsgərova Xədicə I yerə laiq görülüb.

Məktəblilərin çıxışları Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.

xedice

Oxunuş sayı 1277 dəfə
Şərh vermək üçün giriş edin
Top