Bazar, 19 Sentyabr 2021 08:58

Azərbaycanlı mühacirlər TİB-i təqdim etdilər

Dünən (18.09.2021) Almaniyada Təhsil və İnkişaf Birliyinin (TİB) təqdimat tədbiri keçirilib. Bu barədə Xeberinfo.de-ə Birliyin sədri Rüfət Xüdaverdiyev məlumat verib.

Birlik Azərbaycanda yaşayan aztəminatlı ailələrin istedadlı uşaqlarının təhsil almalarına dəstək məqsədilə yaradılıb, R.Xudaverdiyev bildirib.

Tədbirdə TİB-in əsasnaməsi 5 il müddəti üçün təsdiq edilib, görüləcək işlər haqqında məlumat verilib.

Tədbirin qeyri-rəsmi hissəsi çay süfrəsində davam edib.

Oxunuş sayı 825 dəfə
Şərh vermək üçün giriş edin
Top