Cümə axşamı, 23 Sentyabr 2021 22:21

İranda dini təhsil almağa qarşı çıxan deputat özü harda təhsil alıb?!

Xeberinfo.de-in məlumatına görə, İranda dini təhsil almağa qarşı çıxan deputat Ceyhun Məmmədov özü Suriyada təhsil alıb. C.Məmmədov, Azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir, deyib. Lakin deputatın vikipediya məlumatlarında Suriya və Liviyada təhsil aldığı qeyd olunur. Hər iki dövlətdə silahlı toqquşmalar var və dindarlar adətən “Azərbaycanı Suriyaya çevirmək istəyirsiz” ittihamı ilə üzləşirlər.
Qeyd edək ki, Ceyhun Məmmədov həm də İlahiyyat Universitetinin rektorudur.

Oxunuş sayı 1238 dəfə
Şərh vermək üçün giriş edin
Top