Çərşənbə, 29 İyun 2016 22:00

Masallıda müəllimlərin etirazı: Təhsil şöbəsinin müdirinə cinayət işi açıla bilər

Masallı rayontəhsil şöbəsininmüdiriAstan İbişova cinayəişaçıla bilər.

Bu barədə Arqument.Az-a Masallı rayonundan bir qrup müəllim məlumat verib. 

Onların sözlərinə görə, Astan İbişov müəllimlərə məzuniyyət pulundan 50 manatdan yığaraq Təhsil Şöbəsinə verməyi tapşırıb. Bu da rayonda ciddi narazılıqla qarşılanıb. 

Müraciətdə qeyd olunur ki, təhsil şöbəsinin müdiri hər məktəb direktorlarından demək olar, hər ay 150 manatdan pul alır. Əgər digər yeyinti hallarını nəzərə almasaq, Masallı rayonunda nə az, nə çox - 99 təhsil müəssisəsi var (63-ü orta, 32-si ümumi, 4-ü ibtidai olan 99 ümumtəhsil məktəbinin, 3 məktəbdənkənar təhsil müəssisəsi). Deməli, şöbə müdiri hər ay təkcə bu məktəblərdən 14 850 manat civarında pul toplayır ki, bu da ildə 178 200 manat təşkil edir. 

Bildirilir ki, Astan İbişov özünə Bakı şəhər Nərimanov rayonunda "Şərq Bazarı"nın yanında daha bir ev alıb. Hazırda həmin ərazidə iki evinin olduğunu deyən şikayətçilərin sözlərinə görə, İbişov 2 il bundan öncə də həmin ərazidə 150 min manata mənzil alıbmış. Evləri isə rayon maliyyə idarəsinin müdiri və bacanağı Azər Zeynalovla birlikdə alıblar. Yəni iki bacanaq təkcə, Masallıda deyil, həm də Bakıda qonşuluqda yaşamaq qərarına gəliblər. Məhz bu iki şəxsin rayondakı fəaliyyəti əhalini ciddi şəkildə narahat edib. 

Müəllimlər bildirirlər ki, əməkhaqqısı 550 manat olan Astan İbişov və 640 manat olan Azər Zeynalov 150 min manata necə mənzil alıblar? Yəni Astan İbişov yeyib-içməsə və 35 il təhsil şöbəsinin müdiri işləyərsə, o zaman 150 min manatı yığa bilər. Amma indi bu müzakirə və sualların artıq cavabı bəllidir. Hər məktəblərdən və ümumilikdə təhsil şöbəsindən 20 mindən artıq pul qazanan bir məmur üçün təkcə Bakıda yox, dünyanın istənilən yerində ev almaq problem olmaz. 

Onların sözlərinə görə, Astan İbişovun əməlləri barədə Təhsil Nazirliyinə və Baş Prokurorluğa müraciət edəcəklər. Şikayətçilər həmçinin bildiriblər ki, hazırda rayon Təhsil Şöbəsində yoxlamalar aparılır. Belə bir vaxtda Astan İbişovun müəllimlərdən pul toplaması ciddi rezonans doğurub. İddia olunur ki, yoxlamalar zamanı üzə çıxan pozuntular təhsil şöbəsinin müdirinə cinayət işinin açılması ilə nəticələnə bilər. 

Məsələ ilə bağlı Arqument.Az-ın əməkdaşı Astan İbişovla əlaqə saxlayıb, ancaq təhsil şöbəsinin müdiri heş bir açıqlama verməyib. 

Oxunuş sayı 1278 dəfə
Şərh vermək üçün giriş edin
Top