Çərşənbə, 26 Oktyabr 2016 22:00

Hicran Hüseynovanı 170 min dollarlıq yeyintisi örtülür - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya Bakının rayonlarından birində icra başçısının müavini təyin olunması üçün 170 min ABŞ dolları verdiyini iddia edən Eynur Kərimovun işində yeni məsələlər ortaya çıxıb. Başına gələnləri Criminal.az saytına danışan E.Kərimov bildirdi ki, həmyerlisi Səfər İmanov Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin aparat rəhbəri vəzifəsində işləyərkən görüşüb və dövlət qulluğuna aid vəzifədə işləmək istəyi barədə ona deyib.

S.İmanov onunla 2012-ci ilin mayında görüşərək işlədiyi komitənin sədri vasitəsilə rüşvət verməklə istədiyi işə düzəltmək imkanı olduğunu bildirib. Hətta komitə sədrinə təqdim etmək adı ilə anket məlumatları vərəqəsini də götürüb və bir neçə gün sonra zəng edərək guya həmin sənədlə tanış olandan sonra daha yüksək vəzifəyə təyin olunması fikrini uydurub.

O, E.Kərimovu inandırıb ki, Bakı şəhərinin rayonlarından birində icra hakimiyyəti başçısının müavini vəzifəsinə 170 min ABŞ dollarına təyin etdirəcək. Oz aralarında razılaşdıqdan sonra 2012-ci ilin iyun ayının ortalarında E.Kərimov komitədə, S.İmanovun xidməti otağında həmin məbləği ona verib. Pul olan çantanı S.İmanov aldıqdan sonra Hicran Hüseynovanın otağına keçərək onu məlumatlandırıb. Daha sonra öz otağına gələrək E.Kərimovu H.Hüseynova ilə görüşdürüb.

E.Kərimovun sözlərinə görə, Hicran xanımla görüşüb, bir neçə dəqiqə vəd verilən iş barədə söhbət ediblər. H.Hüseynova da onu inandırıb ki, onun anket məlumatları ilə tanış olub və söz verilən vəzifəyə təyin olunması üçün layiqli şəxsdir. 

E.Kərimov deyir ki, sonra H.Hüseynovanın otağından Səfərlə birlikdə çıxıb. Lakin Səfər öz otağına keçərək bir az əvvəl verdiyi pul dolu çantanı götürərək yenidən H.Hüseynovanın otağına keçib. Çantanı komitə sədrinə təqdim edərkən dəhlizdə olsa da, aralı qalmış qapıdan görüb. H.Hüseynova pulu Səfərdən alaraq sptulun üzərinə qoyub.

Bundan sonra sədrin otağından çıxan S.İmanov E.Kərimova gedib gözləməsini, yaxın günlərdə ona müsbət cavab veriləcəyini söz verib. Lakin xeyli müddət keçəməsinə baxmayaraq heçş bir nəticə olmur. Mütəmadi olaraq S.İmanovla telefon əlaqəsi saxlayan E.Kərimov ona vəd edilən işlə bağlı məlumat almaq istəyir.

Bir müdətdən sonra S.İmanov komitənin aparat rəhbəri vəzifəsindən çıxarılır. Bundan sonra E.Kərimov H.Hüseynovanın qəbulundan olur və verdiyi pulun geri qaytarılmasını istəyir. H.Hüseynova onu dinlədikdən sonra komitənin maliyyə idarəsinin rəisi Nəsib Hüseynovu otağına çağırtdırır və E.Kərimovun işini həll etməsini tapşırır. Mütəmadi N.Hüseynovla əlaqə saxlayan E.Kərimovdan müxtəlif bəhanələrlə gözləməsi xahiş olunur.

Daha sonra E.Kərimov ''Zabitlər bağı''nda N.Hüseynov və S.İmanovla birlikdə görüşürlər. S.İmanov həmin görüş zamanı Nəsib müəllimə E.Kərimovdan 170 min dollar alaraq H.Hüseynovaya çatdırdığını təsdiqləyir. Həmin görüşdən bir neçə gün sonra S.İmanov ailəsi ilə birlikldə ölkəni tərk edərək Türkiyəyə qaçır.

E.Kərimov deyir ki, H.Hüseynova mətbuata açıqlamasında onu tanımadığını, aparat rəhbəri S.İmanovu isə dələduzluq etdiyini görə işdən çıxardığını deyir. Şikayətçi E.Kərimov komitə sədrinin açıqlamasını qeyri-səmimi adlandıraraq bildirdi ki, 4 dəfə H.Hüseynovanın qəbulunda olub. Hətta 2013-cü ildə H.Hüseynovanın atası Kamran Hüseynovun Akademik Mili Dram Teatrında keçirilən 100 illik yubileyinə də dəvət alıb və iştirak edib. 

E.Kərimovun nümayəndəsi Kamandar Nəsibov criminal.az saytına açıqlamasında bildridi ki, S.İmanov H.Hüseynovanın sədrlik etdiyi komitədə 7-8 il tender komissiyasının sədri olub. Əgər H.Hüseynova dələduz kimi işdən qovduğu şəxsə dövlət büdcəsindən ayrılan pula nəzarəti niyə tapşırırdı?

Nümayəndənin sözlərinə görə, Baş Prokurorluq ilk öncə bu məsələni araşdırmalıdır. Prokurorluq S.İmanovun tender komissiyasının sədri olduğu müddətdəki fəaliyyətini mütləq yoxlamalı idi. 

K.Nəsibov hesab edir ki, bu işdə H.Hüseynovanın dindirlməsi həyata keçirlməli idi. Lakin S.İmanov barəsində interpol axtarışı verildiyindən istintaq dayandırılıb. Lakin H.Hüseynovanın dindirilməsi işin dayandırılmasına qədər həyata keçirilməli idi. Vəkil hesab edir ki, bu məsələdə H. Hüseynovanın S.İmanovu dələduz kimi təqdim etməsi, əslində diqqəti özündən yayındırmaqdır. 

K.Nəsibov deyir ki, H.Hüseynovanın dindirilməsi ilə bağlı vəsatət qaldırsa da, təmin edilməyib. Əsəs gətirildi ki, hazırda istintaqdan yayınan S.İmanovun dindirilməsindən sonra H.Hüseynovanın istintaqa cəlb edilərək dindirilməsi, onların arasında üzləşmə aparılması istintağın hallarına uyğundur. 

Bu arada əldə etdiyimiz məlumata görə, S.İmanov ölkəni tərk edəndən az müddət sonra atası Bəbir İmanov intihar edib. O, özünü zəhərləyərək öldürüb.  

Oxunuş sayı 2232 dəfə
Şərh vermək üçün giriş edin
Top