Bazar ertəsi, 05 Dekabr 2016 21:00

Dollar bu gün neçəyədir? - Rəsmi valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 5-i ilə müqayisədə dəyişməyərək 1,7339 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,93% zəifləyərək 1,8651 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,37% bahalaşaraq 0,0271 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 0,39% möhkəmlənərək 0,4923 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2098 manatdır. Beləliklə, funt sterlinq 0,44%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,71% ucuzlaşaraq 0,6760 manat olub.

Oxunuş sayı 1458 dəfə
Şərh vermək üçün giriş edin
Top