Çərşənbə axşamı, 03 Yanvar 2017 21:00

Naməlum suriyalı Bakıda axtarılır - Terror şübhəsi

Sosial şəbəkələrdə Suriyadan Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yer alıb.

Bununla bağlı "facebook" sosial şəbəkəsində bir çox səhifələrdə və şəxsi profillərdə məlumatlar yayımlanıb.

Məlumatlarda bildirilir ki, şübhəli şəsxin fotoları paytaxdın bir sıra mühüm ictimai obyektlərində, avtovağzal və otellərdə yapışdırılıb.

 Bundan başqa məlumatlarda adı Muhammed Ahmet olduğu deyilən bu şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.

Qeyd edək ki, musavat.com olaraq elanda yazılan nömrələrə zəng etdik. Lakin qeyd edilən nömrələrin heç birinə zəng çatmadı. Bu da məlumatın nə qədər doğru olub-olmadığını şübhə altına salır.

Oxunuş sayı 2032 dəfə
Şərh vermək üçün giriş edin
Top