Cümə axşamı, 26 Yanvar 2017 21:00

Deputat:"Deyirlər maaşı, pensiyanı qaldırın, nəylə qaldıraq?"

"Deyirlər ki, "əmək haqlarını 32 faiz qaldırmaq lazımdır", "pensiyaları 60 faiz qaldırmaq lazımdır" və s. Bəs, necə olsun, nəylə qaldıraq?".


Bu sözləri Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda "Pensiya islahatları haqqında" yeni qanunun müzakirəsi üçün bu gün keçirilən iclasda bildirib.

O qeyd edib ki, bu bir tərəfin mövqeyidir: "Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə  o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz".

Yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq: “Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq”.(qafqazinfo)

Oxunuş sayı 1840 dəfə
Şərh vermək üçün giriş edin
Top