Çərşənbə axşamı, 08 May 2012 21:00

Müsavatın fəal üzvünə polis xəsarət yetirib

27044542 1582172905181493 1868437673 nMüsavat Partiyasnın fəal üzvü Hüseyn Tagiyev polis tərəfindən işgəncəyə məruz qalıb. Bu barədə H.Tağıyev özü məlumat verib.

Onun sözlərinə görə, İctimai Palatanın təşkil etdiyi mitinqdə polis tərəfindən zorakılığa məruz qalıb: “Bakının mərkəzində təşkil olunan mitinqlərdə ictimia-siyasi fəal kimi və Müsavat Partiyasının üzvü olaraq qatılmışam. Polis vətəndaşlarla çox kobud rəftar edir. Hətta fiziki zorakılıq edir. Gördüyünüz kimi, məni və bir çox mitinq iştirakçılarını dəyənəklə döyüb, bədən xəsarətləri yetirib. Polis köynəyimi cırıb əynimdən çıxartdı. Hakimiyyət ölkədə ciddi polis rejimi yaradıb. Heç bir hüquq və azdlıqlar tanınmır. Səsini çıxardan şəxsi də bu hala qalırlar. Biz rejimin təzyiq və təhdidlərinə baxmayaraq, hüquqi mübarizəmizi aparacağıq”.

Oxunuş sayı 3070 dəfə
Şərh vermək üçün giriş edin
Top