Bazar, 12 Fevral 2017 21:00

Broker Əbülfəzin həbs xəbəri yayıldı

“Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun Moskvada saxlanılaraq məcburi şəkildə Azərbaycana gətirilməsi haqda məlumat yayılıb.

Avtosfer.az saytının yaydığı məlumata görə, Ə. Məlikov hazırda Bakıda ciddi nəzarət altında saxlanılır. Bildirilir ki, Məlikovla bağlı araşdırmaların başlanmasına səbəb onun gömrükdə işlədiyi vaxtlar ciddi korrupsiya faktlarına yol verməsi olub.

Məlikovla bağlı araşdırmalar bitdikdən sonra ona cinayət işinin açılacağı gözlənilir.

Oxunuş sayı 2435 dəfə
Şərh vermək üçün giriş edin
Top