Bazar ertəsi, 20 Fevral 2017 21:00

AXCP-nin daha bir gənc fəalı həbs edildi

AXCP-yə qarşı repressiya davam edir. Partiyanın Suraxanı şöbəsinin fəalı Amil Məmmədzadə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

A.Məmmədzadə fevralın 19-da saxlanılııb. Onu Suraxanı RPİ 30-cu polis bölməsinə guya radara düşdüyü adı ilə çağırıblar. O da saat 13 radələrində bölməyə gedib ki, məsələni aydınlaşdırsın. Lakin bölmədə onu saxlayıblar. Fevralın 20-də isə A.Məmmədzayə Suraxanı məhkəməsinin qərarı ilə “polisə müqavimət göstərdiyi üçün” 30 sutka inzibati həbs veriblər. 

Oxunuş sayı 2169 dəfə
Şərh vermək üçün giriş edin
Top