Çərşənbə, 30 Mart 2016 10:46

Jurnalistə polis bölməsində işgəncə verilib

Xeber.info Vizual.Az-a istinadən xəbər verir ki, jurnalist İlqar Heydərov polis zorakılığına məruz qalıb.

Bu barədə saytımıza jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, 18 mart tarixdə saat 18:00 radələrində Xətai rayon 34 nömrəli polis bölməsinə çağırılıb. Orada ona işgəncə verilərək Vizual.Az saytında dərc olunan "Ömürlük prezidentliyin bir addımlığında” başlıqlı yazının silinməsi tələb olunub.

"Saxlandığım günlər ərzində mənə işgəncə verilib. Bədənimin müxtəlif nahiyələrində bunun izləri var. Hakimiyyət orqanlarını qəzəbləndirən hadisə isə müəllifi olduğum "Ömürlük prezidentliyin bir addımlığında” yazısı barədə imiş.”

Bundan sonra Xətai r-n Məkhəməsinin qərarına əsasən, jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) pozmaqda təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, jurnalist 7 gün inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, İlqar Heydərov Vizual.az-da çalışır

Oxunuş sayı 2572 dəfə
Şərh vermək üçün giriş edin
Top