Çərşənbə, 13 Avqust 2014 21:00

Azər Kərimov: “İntiqam Əliyevin həbsi siyasi sifarişdir”

“İntiqam Əliyevin həbs olunması cəmiyyətə çox ciddi mesajdır. Onu tanıyan hər kəs çox yaxşı başa düşür ki, İ.Əliyev haqqında irəli sürülən ittihamlar saxtadır və onun həbsi siyasi sifarişdir”. Bu sözlər kiçik sahibkar, ictimai-siyasi fəal Azər Kərimova məxsusdur.

IMG 20170826 WA0007 A.Kərimov hesab edir ki, ölkədə tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi  hakmiyyətin repressive siyasətinin tərkib hissəsidir: “İ.Əliyev hüquq sahəsində kifayət  qədər təcrübəli və işini bilən şəxsdir. Eyni zamanda o heç kimi əliboş qaytarmır.  Hüquqi yardım üçün ona müraciət edən istənilən şəxsə bu və ya digər formada yardım  edir. Hakimiyyətin vətəndaşlara qarşı amansız hücumlarını İ.Əliyev nisbətən ifşa  edirdi. Ona görə də onun azadlıqda qalması hökumətə sərf etmirdi. Daha dəhşətlisi  odur ki, onu vergidən yayınma və vəzifədən sui-istifadə etmə maddələri ilə həbs  ediblər. Bu maddələrlə oliqarx məmurlar həbs olunmalıdırlar. İ.Əliyev hansı təsir edici  vəzifədə olub ki, sui-istifadə də etsin? Düşünürəm ki, ona qarşı çox ciddi haqsızlıq  olub və qeyd-şərtsiz dərhal azad olunmalıdır”.

 Müsahibimiz İ.Əliyevin beynəlxalq təşkilatlarla əlaqəsindən və onun xüsusən  Avropada tanınmazından söz açıb: “İ.Əliyev təkcə kiməsə hüquqi yardım etmirdi.  Əksər vəkil və hüquqşünaslar onu özlərinə müəllim hesab edirlər. O, gənc  hüquqşünasların müəllimi və yol göstərəni idi. Beynəlxalq aləmdə tanınmasına  gəldikdə, Azərbaycanda onun qədər tanınan ikinci hüquq müdafiəçisi tanımıram. Yüzlərlə haqqı pozulan azərbaycanlının Avropa məhkəmələrində hüquqlarını müdafiə edir. Hesab edirəm ki, demokratik dövlətlər və beynəlxalq təşkilatlar İ.Əliyevin həbsinə biganə qalmayacaqlar”.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev  Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxunuş sayı 2584 dəfə
Şərh vermək üçün giriş edin
Top