Cümə axşamı, 31 Mart 2016 15:01

Dolların məzənnəsi 1,52 manata düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının apreli 1-nə rəsmi məzənnəsini 1,5238 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, gündəlik 1,19% azalma deməkdir.

 Qeyd edək ki, martın 31-də rəsmi məzənnə 1,5421 AZN/USD səviyyəsində olub.

Oxunuş sayı 1662 dəfə
Şərh vermək üçün giriş edin
Top