Çərşənbə axşamı, 06 Mart 2018 21:00

İsmayıllı sakini özünü öldürüb

Martın 6-da İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Ruslan Məmmədov evində sərxoş halda döş qəfəsinə tüfəngdən atəş açıb.

Xeber.İnfo DİN-ə istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib. 

İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan “ТОZ-63” markalı ov tüfəngi götürülüb. 

Araşdırma aparılır. 

Xeber.İnfo 

Oxunuş sayı 2445 dəfə
Şərh vermək üçün giriş edin
Top