Bazar ertəsi, 30 Aprel 2018 22:00

Azərbaycanlı iş adamını güllələdilər

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı həmyerlisi tərəfindən güllələnib

APA-nın “letnews.ru”a istinadən verdiyi məlumata görə, başından bir neçə güllə yarası almış 31 yaşlı Füzuli Q. adlı şəxsin meyiti aprelin 30-da axşam saatlarında aşkar edilib.
Hadisədə şübhəli bilinən digər azərbaycanlı sahibkar, 46 yaşlı Mahir M. axtarışa verilib. Onun silahlı olduğu deyilir.
Oxunuş sayı 3158 dəfə
Şərh vermək üçün giriş edin
Top