Cümə axşamı, 24 May 2018 22:00

Sumqayıtda dükan sahibi işçisi tərəfindən qətlə yetirilib

Xəbər.İnfo- xəbər verir ki, 1979-cu il təvəllüdlü yerli sakin Quliyev Vüqar Ənvər oğlu Mehdi Hüseynzadə adına stadionun yaxınlığında şəxsi meyvə-tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.

O, Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər.İnfo

Oxunuş sayı 4460 dəfə
Şərh vermək üçün giriş edin
Top