Çərşənbə axşamı, 03 İyul 2018 22:00

SON DƏQİQƏ! Güllələnmiş icra başçısı vəfat edib

Meydan TV-nin məlumatına görə, Gəncənin icra başçısı Elmar Vəliyev bu dəqiqələrdə xəstəxanada vəfat edib.

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu  bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Oxunuş sayı 6569 dəfə
Şərh vermək üçün giriş edin
Top