Cümə, 26 Oktyabr 2018 00:10

Sahil Babayevin kadr siyasəti: dostluq, qohumbazlıq, varlanmaq...

Azərbaycanda böyük ümidlərlə və yüksək etimadla yuxarı vəzifələrə gətirilən çox sayda məmurlar olub. Onların bəziləri bu etimadı doğrultsa da, bir çoxu ümidləri boşa çıxarıb. Belə məmurlardan biri də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Nazir təyin olunduqdan sonra mətbuat və kütləvi informasiya vasitələrində onun haqqında böyük təbliğat işləri aparılır. Bəzən ayaq səsləri ilə bütün ölkəni lərzəyə gətirən zabit, bəzən savadı ilə elmi xaliqələr yaradan dahi şəxsiyyət və bəzən də, ədalət timsalı olan bir nəslin şəfaflıq carçısı olduğu iddia olunur. Ancaq! Yalnız iddia olunur...

Sahil Babayevin Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasından bir xeyli vaxt keçir. Hesab edirəm ki, onun fəaliyyətinin gizlinləridə yavaş-yavaş ortaya çıxır.

İlk olaraq qeyd edim ki, Sahil Babayevin tərcümeyi-halını dəfələrlə gözdən keçirdim. Onun hərbi xidmət və elmi fəaliyyət illərini əmək fəaliyyəti ilə əlaqələndirə bilmədim. Belə bir həyat yolu ancaq nağıllar aləmində mümkün olur. Sanki sehirli bir dəyənək ona toxunur və bir anda o vəzifədən vəzifəyə sıçrayır. O, heç bir ali təhsili olmadan Neft şirkətində səlahiyyət sahibi olur, birdən-birə Milli Məclisə və oradan da, iqtisadiyyat nazirliyində yüksək vəzifələr tutur. O, əyani təhsil alsa da, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin  böyük mütəxəssisi və müdiri vəzifələrində çalışıb. 

Sahil Babayevin nə vaxt işə nə vaxt dərsə getməsi bir yana, hansı bilik və bacarığına görə işə götürülməsi bir başqa uyğunsuzluqdur. Ümumtəhsil məktəblərində hüquq fənni tədris olunmadığına görə o işə qəbul olunarkən bilik və bacarığı əsas amil olmamışdır. Bu gözə görünməz bir ilahi qüvvənin möcüzəsi olmadığına görə müəyyən qüvvələr onun inkişafına təkan olublar. Ölkəmizdə qeyri-milli mənsubiyyəti olan şəxslərin sürətli kariyera yüksəlişi hər kəsə məlumdur. Sahil Babayevin kariyerasının formalaşmasında onun başqa millətlərlə qohumluq bağlarının mühüm rolu olmuşdur.

Gənc nazirin “qeyri”ləri bir xeyli çoxdur. O, qeyri-milli mənsubiyyətinə, qeyri-müəyyən təhsilinə, qeyri-adi kariyerasına, qeyri-peşəkar idarəçilik üslubuna və azərbaycanlılara qarşı qeyri-səmimi münasibətlərinə görə hər kəsdən fərqlənir. O, özünü xalqa dost olaraq sırımağa çalışır. Bir sual olunur! Ermənilər bizə dost ola bilər? Cavabı odur ki, ermənilər və qanında erməni qanı daşıyanlar bizə dost ola bilməz. Bəs Lyusyanın nəvəsinin dostluğunu şəhid ailələri, qarabağ qaziləri, qaçqınlar və məcburi köçkünlər qəbul edərmi? Hesab edirəm ki, bu dostluq qəbuledilməzdir. Şəhid anasının, Qarabağ qazisinin, qaçqın və məcburi köçgün vətəndaşların Lyusya nənənin nəvəsinin qarşısında boynunu büküb göz yaşı tökməsini, onun qarşısında yalvarıb-yaxarması Azərbaycan xalqı üçün qəbuledilməzdir. Bu gün nazirlik sisteminə ermənilərlə qan bağı olan şəxslər yüksək vəzifələrə gətirilir. Heç olmasa əhalinin aztəminatlı və həssas təbəqəsi ilə iş aparan dövlət orqanlarına rəhbər təyin edilərkən onların bütün şəxsi kriteryaları nəzərə alınmalıdır. Lakin Xəzərin sahilində soyuq küləklər əsir. Xalqın milli və mənəvi hislərini qılınc kimi sızladan qandondurucu hadisələr baş verir.

Sahil Babayevin nazirliyində kadr və struktur islahatları aparılır. Lakin həmin islahatlar xalqın güzaranını yaxşılaşdırmağa və rifahını yüksəltməyə yönəlmir. Onun fəaliyyətində hər hansı yenilik müşahidə olunmur. O, Çinsayağı analoq modellərlə öz rəhbərlik etdiyi sahədə gözdən pərdə asmağa çalışır. Nazir bir nəfərdə olsun xalqın içindən çıxan kasıbın məmur balasına yüksək vəzifə vermir. Nazirlik Sahil Babayev, Nazir müavini İlqar Rəhimovun və nazirin müşaviri Vüsal Nəsirlinin adamlarının vəzifə bazarına çevrilib. Bu şəxslər müxtəlif sahələrdə uğur qazana bilməyən, pensiyada olan, nazirliyin fəaliyyəti haqqında anlayışı olmayan adamlarını yuxarı vəzifələrə yerləşdirmək yarışındadırlar. Savadlı və təcrübəli kadrlar sürətlə nazirlik sistemindən gedir. Bir çox kadrlar isə şantaj yolu ilə öz vəzifəsində saxlanılır. Həm Dövlət Sosial Müdafiə Fondunun, həm Dövlət Məşğulluq Xidmətinin, həm Dövlət Əmək Müfəttişliyi Xidmətinin həm də, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyəti iflic olub. Xalq arasında belə bir misal var: “Atın qabağına ət, itin qabağına ot qoymaq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev indi bu prinsiplə işləyir. At və eşşəkdən söz açmışkən, bunun əyani sübutu var. Misal üçün Nazir Sahil Babayev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni sektor müdiri təyin edib. İlqar Eyyubov adlı bu şəxs daha əvvəllər “RRBN” MMC adlı sahibkarlıq subyektinə rəhbərlik edib. İndi bu hadisə nazirlik əməkdaşları arasında məsxərəyə çevrilib. İlxıçılıqla məşğul olan İlqar Eyyubovun hansı kriteryalarına görə Dövlət Əmək Müfəttişliyi Xidmətinə təyinat alması hər kəs üçün olduqca maraqlıdır.

Hesab edirəm ki, Xidmət rəisi Elman Cəfərov bu sahənin adamı olmadığına görə süni mayalandırma ilə Dövlət Əmək Müfəttişliyi Xidmətini səhv salıb. Bununla yanaşı, o, hüquq-mühafizə orqanlarında nə qədər kariyera sahibi ola bilməyən tanışları və tələbə yoldaşları arasında işsiz qalan dostları varsa, hamısını Dövlət Əmək Müfəttişliyi Xidmətində vəzifə sahibi edir. Nazir Sahil Babayev Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə ilə qohumluq münasibətindən sui-istifadə edərək nazirlik sistemində dövlət qulluğu haqqında qanunvericiliyə məhəl qoymadan özünə savadsız və asan idarə olunan komanda formalaşdırmağa çalışır.

Şəffaflıq haqqında geniş müsahibələr verən Nazir Sahil Babayev hesab edir ki, xalq onun dediklərinə inanır. Lakin hər kəsə məlumdur ki, o özündən başqa heç kimi öz yalanlarına inandıra bilmir. Ona görə ki, apardığı kadr islahatları onun gələcək fəaliyyətinin güzgüsüdür. Fuad Musayevin, Samir Vəliyevin, Heybət İmanovun, İlqar Eyyubovun, Elman Cəfərovun və digərlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifələrə təyinat alması, görəsən, hansı zərurətdən irəli gəlir. Sadəcə, yuxarıda adlarıçəkilən vəzifəli şəxslərin keçmiş fəaliyyətlərinə nəzər salınsa, bu sahədə şəffaflıq yalanlarının ayaq tutub yeriməyəcəyi hər kəsə məlum olar. İnternet axtarış sistemlərində və sosial şəbəkələrdə adları sadalanan şəxslər barəsində yayılan xəbərlər onların kirli keçmişi ilə nazir Sahil Babayevin gələcək fəaliyyəti arasında bağ olar. Sual olunur, Fuad Musayev və Samir Vəliyev kifayət qədər imkanlı şəxslərin övladlarıdır. Onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində nə işləri var? Bu sahədə mülahizələrimiz ictimaiyyətin məlumatlanmasında mühüm rol oynayacaq.

Hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət əhalinin rifah halının gün keçdikcə daha da yaxşılaşmasına səbəb olur. Eyni zamanda sosial sahədə şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Dövlət başçısının məqsədi büdcə xərclərini azaltmaq və özünü maliyyələşdirmə qaydasında əhalinin rifahına nail olmaqdır. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət başçısının bu sahədə göstərdiyi siyasi iradəni öz gələcək korrupsiya imperyasının qurulmasına sərf edir.

Beynəlxalq təcrübədə işsizlikdən siğorta sistemi, əslində, əmək münasibətləri sahəsində işçinin və işəgötürənin iradəsindən asılı olmayan səbəblərdən siğortaedəni və siğorta olunanı risklərdən qorumaq məqsədi ilə yaradılan icbari siğorta sistemidir. Bu sığorta növü həm işəgötürəni, həm də tərəflərin iradəsindən asılı olmayan səbəblərdən işsizq alan işçinin gəlir itkisini kompensasiya etmək məqsədi daşıyır. İşsizlik siğortası fondunun 2018-ci il üzrə gəlirləri 89 020 000 manatdır. Həmin gəlirlərdən işsizliyə görə sığorta ödənişləri üzrə 33 478 000 manat, Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 613 000 manat, Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 150 000 manat, Haqqı ödənilən ictimai işlərin təşkilinə 1 788 000 manat, Özünüməşğulluq tədbirlərinin təşkilinə 35 802 000 manat, Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 380 000 manat və sair digər xərclər üzrə vəsaitlər ayrılmışdır.

Bu büdcə Sahil Babayevin başına hansı tale quşunun qonduğunu göstərir. Bununla yanaşı ayrı-ayrı sosial layihələrin və proqramların icrası ilə əlaqədar dövlət büdcəsindən böyük həcmdə maliyyə vəsaiti ayrılır. Belə olan halda bu vəsaitlərin necə mənimsənilməsi gündəmə gəlir. Bu vəziyyət ölkədə söz sahibi olan oliqarxların diqqətindən yayınmayıb. Belə ki, hər il qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və digər imtiyazlı şəxslərin mənzillərlə təmin olunması və eyni zamanda əmək, məşğulluq, sosial təminat və sosial müdafiənin digər istiqamətləri üzrə dövlət büdcəsindən milyonlarla vəsait ayrılır və pulların bir hissəsi müxtəlif yollarla özününküləşdirilir.

Əmək qanunvericiliyindən anlayışı olan hər kəs yaxşı bilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Məşğulluq haqqında   qanunvericiliyə edilən dəyişikliklərlə işsiz qalan vətəndaşların təminatları tam məhdudlaşdırılmışdır. İşsizlik siğortası üzrə siğorta olunanlardan bu təminata hüququ olanların sayı minimuma endirilmişdir. Özünəməşğulluq proqramı üzrə aktivlərin alınması məsələsi tam bir korrupsiya ocağına çevrilmişdir. Ölkənin nüfuzlu və imkanlı şəxslərinin övladlarının bu sahəyə marağı önümüzdəki zaman kəsimində bu sahədə gizli sövdələşmələrdən xəbər verir.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin, Sahibkarlar Milli Konfederasiyasının sədri Məmməd Musayevin və adını mətbuatdan duyduğunuz digər yüksək vəzifəli şəxslərin övladları “şəffaflıq carçısı” Sahil Babayevin komandiri olduğu “talançılar taboru”nda özlərinə yer tutublar.

Dövlət Məşğulluq Xidmətinə Fuad Musayevin təyinat alması özünəməşğulluq proqramları üzrə aktivlərin alınması və digər münasibətlər üzrə sahibkarlarla nazirlik arasında vasitəçilik missiyası daşıyır. O, ötən aylarda DMX-nin rəis müavini postuna təyinat alıb. Burada baş tutacaq korrupsiya hallarına dair məlumatların yayılma ehtimalını nəzərə alaraq Dövlət Məşğulluq Xidmətinin iki rəis müvini və maliyyə şöbəsinin müdiri Xidmətdən uzaqlaşdırılıb. Beləliklə, çalışan əhalinin əmək haqqından yığılan icbari işsizlik siğortası ödənişlərinin mənimsənilməsinə risk təşkil edən faktorlar aradan qaldırıldı. Eyni zamanda Nazirlik tərəfindən dövlət satınalmaları üzrə tenderlər və katirovkalar daha çəlbedici hal aldı.

Sahil Babayev xırda məmurları həbs etdirməklə özünə müsbət ictimai rəy formalaşdırmağa çalışır. O, işsizlik siğortasına fondu büdcəsini talan edərək heç olmasa yarısını özününküləşdirməyə çalışır. Hesab edirəm ki, Nazirlik üzrə yuxarı səviyyədə artıq korrupsiya sövdələşmələri baş tutub. Bu gün mətbuat və kütləvi informasiya vasitələrində özünəməşğulluq proqramı çərçivəsində vətəndaşların fərdi təsərrüfatlarını və işlərini qurmaq üçün aktivlərlərin verilməsinə başlanılıb.

Bu əslində təqdirəlayiq bir addımdı. Lakin qaranlıq olan məqam odur ki, bu sahədə baş verən koorrupsiya halları pik həddə çatıb. Lakin, tam olaraq rüşvətin qarşısı alınıb. Yerli məşğulluq orqanları şəffaf işləyir. Artıq qanunsuzluqlar mərkəzə daşınıb. Aktivlərin alınması tam bir qeyri-şəffaflıq və qanunsuzluq şəraitində həyata keçirilir. Vətəndaşlara şişirdilmiş qiymətlərlə yararsız mal və material verilir. Nazirlik tərəfindən məcburi köçkün ailələrə aktivlərin verilməsi istiqamətində mətbuat və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən şou tədbiri böyük narazılıqlara səbəb olub.

Vətəndaşlara qocalmış və əldən düşmüş heyvanlar şişirdilmiş dəyərlərlə verilib. Bu il ölkə üzrə 7000 vətəndaşa 35 milyon manat dəyərində aktivlərin verilməsi nəzərdə tutulur. Proqram üzrə hər bir iştirakçısıya 5 min manat düşür.   Əgər südlük mal saxlamaq istəyənlərə 2 ədəd yanı balalı inək verilməsi nəzərdə tutulub. Lakin, iştirakçılara 2 ədəd yaşlı və xəstə inək verilir. Bu günkü bazar qiyməti ilə 2 ədəd yanı balalı inəyin pərakəndə satış qiyməti toplam 3000 manat dəyərindədir. Lakin Nazirlik buzovları vermir və vətəndaşlara 2 ədəd yaşlı və əldən düşmüş inəyi 5000 manat dəyərində aktiv olaraq verir.

Bununla yanaşı, arıçılıqla məşğul olmaq istəyənlərə 15 yeşik arını 5000 manata, qəssablıqla məşğul olanlara 4 ədəd dananı 5000 manata, qoyunçuluqla məşğul olmaq istəyənlərə 20 ədəd yanı balalı qoyun və ya keçi 5000 manata rəsmiləşdirilir. Verilən aktivlərin vahidinin qiyməti belədir. Bir ədəd yanı balalı inək 2500 manat, bir ədəd 70-80 kq-lıq dana 1250 manat, bir yeşik arı 333 manat, bir ədəd hinduşqa 80 manat, yanı balalı qoyun 250 manat dəyərində aktiv olaraq vətəndaşa verilir. Heyvandarlıqdan və bazar qiymətlərindən məlumatlı olanlar qiymətlərin hansı ölçüdə şişirdildiyini asanlıqla müqayisə edəcəklər. Bu səbəbdən məcburi köçkün ailələrinə aktivlərin verilməsində ciddi narazılıq yaranıb və etirazlara səbəb olub. Qeyri-rəsmi dəqiqləşməmiş məlumatlara görə xaricdən vətəndaşlara aktiv kimi verilmək üçün güzəştli şərtlərlə 6000 ədəd cins mal qara gətirilib. Onların əvəzinə vətəndaşlara yuxarıda qeyd olunan yararsız aktivlər paylanır. Həmin aktivlərin satın alınması və vətəndaşlara verilməsi prosesində ciddi qanun pozuntusu mövcuddur.

Aktivlərin alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq mal və materialların alınması üçün tender və katirovka qaydalarına əməl   olunmayıb. Belə ki, bir qayda olaraq Azərbaycan Respublikasında dövlət idarə, müəssisə və təşkilatları, nizamnamə fondunun 30 faizi və daha çox hissəsi dövlətə məxsus olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq qaydada həyata keçirilir.

Mətbuat və kütləvi informasiya vasitələrində müxtəlif təyinatlı mal və xidmətlərin satın alınmasına dair dövlət satınalmaları ilə əlaqədar elanlarla qarşılaşırıq. Lakin 2018-ci ilin 23 aprel tarixindən bu yana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir dənə də olsun dövlət satınalması ilə bağlı elan nəzərə çarpmır. Bəlkə də, xalq elə başa düşür ki, bu qurum demək olar ki, büdcə vəsaitlərinə qənaət edir və israfçılığa yol vermir. Bəlkə, elə başa düşülür ki, Sahil Babayev İlham Əliyevin müəyyən etdiyi siyasi kursa sədaqətlə xidmət edir. Sələfindən fərqli olaraq dövlət büdcəsini talan etmir. Sahil Babayevin şəffaflıq barədə dediklərini elə özü öz əməlləri ilə yalanlayır. Dövlət Sosial Müdafiə Fondu və nazirliyin tabeli müəssisələri tərəfindən ərzaq məhsullarının və inventarların mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması prosesində də ciddi qayda pozuntuları və korrupsiya faktlarının olduğu barədə məlumatlar daxil olur...

“Dövlət satınlamaları haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən açıq tender üsulu ilə keçirilən bütün satınalmalar barədə elanlar mütləq İqtisadiyyat Nazirliyinin rəsmi internet informasiya portalı www.tender.gov.az saytında mütləq olaraq yelərşdirilməlidir.  Həmçinin “Dövlət satınalmaları haqqında” Qanuna müvafiq olaraq təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalar barədə məlumatlar da bütün hallarda kütləvi informasiyavasitələrində dərc olunmalıdır. Bundan əlavə tender predmetinin ehtimal olunan qiyməti 1.000.000 manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 300.000 manatdan (digər valyutalarla bu məbləğlərə ekvivalent məbləğdən) yüksək olduqda tender komissiyasmın tərkibinə Maliyyə və İqtisadiyyat Nazirliklərinin nümayəndələri mütləq daxil edilməlidir. 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satınalmaları ictimaiyyətdən gizli keçirilir. İqtisadiyyat Nazirliyində bu sahənin kuratorlarından biri olan Sahil Babayev indi dövlət satınalmaları sahəsində nələr edir? İqtisadiyyat Nazirliyinin www.tender.gov.az saytına,mətbuat və kütləvi informasiya vasitələrinə, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəmi intenet informasiya portalı baxsanız koorrupsiyanın açıq formada davam etdiyinin şahidi olacaqsınız.

Təyinatından 6 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzi aparatı və strukturlarına daxil olan qurumlarda indiyədək 300-dən çox şəxsi vəzifədən uzaqlaşdırıb. Onun hədəfi 2-3 min nəfəri öz adamları ilə əvəzləməkdir. Ölkə qanunvericiliyinə görə dövlət qulluqçularının işə qəbulu, vəzifədə irəli çəkilməsi, başqa işə keçirilməsi və işdən azad edilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməlidir. Lakin son 6 ay ərzində Dövlət İmtahan Mərkəzinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vakan vəzifə müsabiqəyə və müsahibəyə çıxarılmayıb. Bir daha qeyd edim ki, mənfi kariyera keçmişləri olan və çalışdıqları strukturlarda irəliyə gedə bilməyən təcrübəsiz şəxslər nazirlik sistemində yüksək vəzifələrə gətirilirlər.

Nazir Sahil Babayev sosial təminat və sosial müdafiə sahələrində nə qədər neqativ hal varsa hamısını sıravi məmurların ayağına bağlayır. Lakin, bu həqiqəti əks etdirmir. Məmurlar qanunları icra edir. Bu gün aztəminatlı vətəndaşın ünvanlı dövlət sosial yardım almasına qanunvericilik imkan vermirsə, pensiya yaşı yuxarıdırsa, bürokratiya və süründürməçiliyə səbəb olan qanunvericilik mövcuddursa buna məmur nə etsin. Bir halda ki, nazirlik sistemi üzrə regionlarda çalışan məmurların orta aylıq əmək haqqı 170-550 manatdır. Belə bir əmək haqqı tətbiq olunan qurumda rüşvətin aradan qaldırılması qeyri-mümkündür.

Sahil Babayevin “DOST” mərkəzləri sadəcə gözdən pərdə asmağa hesablanıb. Bu gün vətəndaşlar işsizdir və məcburiyyətdən bütün yollara əl atır ki, ailəsinin keçimini təmin etsin. Bu da vətəndaşları məcburi qayda da, saxta əlillik, sosial yardım və sair dövlət dəstəyi almağa məcbur edir. Sahil Babayev bu məcburiyyəti başa düşmür. Anlamır ki, vətəndaşa at-eşşək sırımaqla onların sosial təminatı mümkün olmur. Nazirlik tərəfindən vətəndaşlara at və eşşək verilməsi bir neçə dəfə tətbiq edilməyə çalışılıb. Hətta pilot layihə kimi bir neçə rayonda bu tədbirlər həyata keçirilib. Lakin effektiv layihə olmadığı üçün bu proqramın icrasına başlanmayıb.

Sahil Babayev yuxarıda da qeyd etdiyim kimi çin üsulu oğurluq modellərlə internetdən götürülüb tərcümə olunan proqramların ölkə itisadiyyatına uyğunluğunu yoxlamadan tətbiq etməyə çalışır. Bu qeyri-peşəkar komandanın uğursuz fəaliyyətinin nəticəsidir. Getdikcə sosial sahədə idarəetmədə ciddi böhranlar yaranacaq. Yoxlamalar dayandırıldığı üçün bütün sahələrdə vətəndaşlar qul kimi işlədilir və bütün haqları əlindən alınır. Onlar qeyri-rəsmi məşğulluğun qurbanına çevrilir. Nazir Sahil Babayev bununla əlaqədar hökuməti xəbərdar etmək əvəzinə, başı qarışıb öz şəxsi imperyasını yaratmağa...

Qısaca, nəticə hələ ki, bundan ibarətdir...

Niyazi Əhmədli

Redaksiya: Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Oxunuş sayı 1311 dəfə
Şərh vermək üçün giriş edin
Top