Cümə, 25 Yanvar 2019 14:21

AİHM sədri: "Azərbaycan ən pisdən bir pillə yuxarıdadır"

Azərbaycan AİHM-də ən çox məhkəmə işi olan ikinci ölkədir.
Bu barədə məlumat Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) rəsmi saytında dərc edilib.
Avropa Məhkəməsinin sədri Guido Raimondi bildirib ki, AİHM-də işə baxılmasını gözləyən müraciətlərin 70 faizi 6 ölkənin payına düşür.
Azərbaycan həmin çox müraciət edən 6 ölkədən ikincidir. 
Müraciətlərin sayına görə isə birinci yerdə Ruminya dayanır. 
Ruminyanın ardınca Ukranya, Türkiyə, Rusiya və İtaliya gəlir.
Məsələni REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə şərh edib.
O, şərhində hakimiyyəti tənqid edib: "Görürsünüz də, hamısı özümüzkülərdir. Ölkəni idarə edənlər özlərini nəhəng lider sayanda məhkəmə bataqlığa çevrilir". 
Onun sözlərinə görə, Azərbaycanda orta hesabla hər 4931 vətəndaşdan biri Avropa İnsan Haqları Məhkməsində işinə baxılmasını gözləyir.
Avropa Məhkəməsinin sədri Guido Raimondi yanvarın 24-də məhkəmə qərarları ilə bağlı çıxış edib.
O deyib ki, məhkəmədə baxışını gözləyən işlərin 70 faizi cəmi 6 ölkəyə aiddir: "Mən bu 6 ölkəni adambaşına ərizə sayı ilə ard-arda düzəndə, Azərbaycan ən pisdən bir pillə yuxarıdadır. Ən pis Rumıniyadır: hər 2311 vətəndaşa 1 ərizə düşür. Bizdə, hər 4931 vətəndaşa, Ukraynada hər 6226 vətəndaşa, Türkiyədə hər 11241 vətəndaşa, Rusiyada hər 12350 vətəndaşa, İtaliyada hər 15148 vətəndaşa 1 ərizə düşür". 
Oxunuş sayı 1087 dəfə
Şərh vermək üçün giriş edin
Top