Cümə, 15 Fevral 2019 22:28

Daha bir inanclı -Tural Divanə oğurlanıb məhkəmə qarşısına çıxarıldı

İnanclı Tural Allahverdiyevin bu gün məhkəmə qarşısına çıxarılıb. Bu barədə onun yaxınları məlumat verib.

Məlumata görə, Tural Allahverdiyevi dünən (13 fevral) yaşadığı evin qarşısından mülkigeyimlilər zorla avtomobilə oturdaraq aparıblar. Turalı kimin və niyə görə aparılması haqqında onun yaxınlarına heç bir məlumat verilməyib. Sonradan bəlli olub ki, Tural Allahverdiyevi Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə aparıblar.

Bu gün Binəqədi rayon Məhkəməsində Tural Allahverdiyevə 20 sutka həbs cəzası verilib. Onu polisə tabe olmamaqda ittiham ediblər.

Qeyd edək ki, sosial şəbəkələrdə Tural Divanə adı ilə tanınan və bu imza ilə şeirlər, mərsiyələr yazan gənc ictimai fəal Tural Allahverdiyev facebook-da Qobustan qapalı həbsxanasında cəza çəkən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və Hərəkatın üzvləri Abbas Hüseynlə, Cabbar Cabbarlıya verilən işgəncələrə etiraz edib. Tural Divanə eyni zamanda məhbus ailələrinə yardım kompaniyasına başçılıq edirdi.

Oxunuş sayı 4289 dəfə
Şərh vermək üçün giriş edin
Top