Çərşənbə, 27 İyul 2022 01:19

Türkiyə lirəsinin dəyəri ən aşağı səviyyəyə enib

Türkiyənin pul vahidi olan lirənin dəyəri bazar ertəsi günü bu ölkə hökumətinin valyuta siyasəti ilə bağlı nigarançılıqların artması və günü-gündən artan inflyasiya ilə bir zamanda yenidən tənəzzül edib.

 Lirənin dəyərinin 0,4 faiz azalması, hər ABŞ dollarının 17,8335 lirə ilə dəyişdirilməsinə bais olub. Bu rəqəm 2021-ci ilin dekabrından bəri lirənin ən aşağı dəyəri sayılır.

Türkiyədə valyuta böhranının kulminasiya nöqtəsi sayılan zamanda hər ABŞ dolları 18,4 lirəyə dəyişdirilmişdi.

Türkiyə lirəsi iyul ayı ərzində ardıcıl olaraq, 6,3 faiz dəyər itirib.

Oxunuş sayı 1390 dəfə
Şərh vermək üçün giriş edin
Top