Bazar, 17 Aprel 2016 22:00

Azərbaycanın konsulu Moskvanın mərkəzində döyülüb - VİDEO

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan konsulluğunun əməkdaşının döyülməsi faktını təsdiqləyib.

Day.az portalının sualını cavablandıran səfir hazırda məsələnin araşdırıldığını bildirib. "Hələlik bizdə heç bir məlumat yoxdur. Yaxın zamanda insidentlə bağlı məlumat yayacağıq", - deyə Polad Bülbüloğlu bildirib.

ANSPRESS-in məlumatına görə, Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, döyülən şəxs bu haqda özü polisə məlumat verib. Onun sözlərinə görə, o, taksiyə əyləşib və yol zamanı sürücü ilə mübahisə edib. Nəticədə Moskvanın mərkəzində Konyuşkovskaya küçəsində ona bədən xəsarətləri yetirilib.

Tibb məntəqəsindən verilən məlumata görə, yaralı Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edib.

Rusiya KİV-də hadisənin görüntüləri yayılıb. Videoda yolun kənarında saxlayan ağ minik avtomobilindən 2 kişinin çıxdığı və onlar arasında dava düşdüyü görünür.

Moskvada Azərbaycan konsulluğunun əməkdaşı olduğu iddia edilən kişinin döyülməsi

Zərərçəkənin sözlərinə görə taksi sürücüsü ilə mübahisə yol zamanı baş verib və sonradan küçədə davam edib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib. ANS PRESS insidenti Azərbaycanın Rusiyadakı səfirliyi ilə dəqiqləşdirir.

 

 

Oxunuş sayı 2342 dəfə
Şərh vermək üçün giriş edin
Top