Çərşənbə axşamı, 03 May 2016 22:00

Tanınmış avtoritet saxlanıldı - Salyanda

Salyanda “Tağı Salyanski” ləqəbli avtoritet saxlanılıb. 

“Report” xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Əli oğlu Qasımov şübhəli şəxs qismində saxlanıb.

Oxunuş sayı 2459 dəfə
Şərh vermək üçün giriş edin
Top