Bazar ertəsi, 21 May 2018 22:00

Mübariz Mənsimov İstanbulda azərbaycanlılara iftar süfrəsi açacaq

Türkiyədə yaşayan ünlü azərbaycanlı iş adamı, “Palmali Group”-un sahibi Mübariz Mənsimov İstanbulda yaşayan azərbaycanlı tələbə və iş adamları üçün iftar süfrəsi açacaq. Xeber.info-nun xəbərinə görə bu barədə həmyerlimiz özünün sosial şəbəkədəki hesabında məlumat verib. O, bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə İstanbulda təhsil alan tələbələr və iş adamları üçün may ayının 28-də iftar süfrəsi açacaq.

Xeber.info

Oxunuş sayı 2051 dəfə
Şərh vermək üçün giriş edin
Top