Bazar, 17 Aprel 2016 22:00

Quyu qazırdı, amma... - Video

Neftçalada tarixi mədəniyyət abidələri aşkarlanıb.

Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Neftçalanın Boyat yaşayış məntəqəsində kənd sakini İmaməddin Zeynalovyaşadığı evin həyətində maraqlı sürprizlə qarşılaşıb. Belə ki, o, ata-baba yurdunda quyu qazarkən tarixi maddi-mədəniyyət nümunələri aşkar edib.

Zaynalovun dediyinə görə, bundan əvvəl də bağda şum aparan zaman müxtəlif saxsı qab qırıntıları taparaq, bir yerə toplayıb. Əldə etdiyi həmin saxsı qabların qırıntılarını da bu günə kimi qoruyub saxlayıb. Lakin həyətdə bütöv halda belə qədim əşyalara rast gəlinməyib.

Kənd sakinlərinin sözlərinə görə ötən əsrin 50-60-cı illərində əkin sahələri şumlanarkən buna bənzər qədim saxsı qablar tapılsa da, o vaxt buna əhəmiyyət verən olmayıb.

Həmin əşyaların eramızdan əvvəl 3-5-ci əsrlərə aid olduğu ehtimal olunur. Bu istiqamətdə ciddi tədqiqat işləri aparılarsa, kəndin keçmişi ilə bağlı daha sanballı məlumatları gələcək nəsllərə ötürmək olar.

Oxunuş sayı 2558 dəfə
Şərh vermək üçün giriş edin
Top