Bazar ertəsi, 19 Sentyabr 2016 22:00

Mitinqə getdiyi üçün işdən qovuldu

elcin esgerovSiyasi-ictimai fəal Elçin Əskərov Milli Şuranın 11.09.2016-cı il tarixdə təşkil etdiyi mitinqdə iştirak etdiyi üçün işdən qovulub. Bu barədə E.Əskərov özü Xeber.İnfo-a məlumat verib.

E.Əskərov siyasi hakimiyyəti tənqdi etdiyi üçün və mitiqlərə qatıldığına görə işdən qovulduğunu iddia edir: “Əvvəl müxtəlif işlərdə çalışmışam. Amma son iki ildə özəl şirkətlərin birində müdir sürücüsü işləyirdim. Müdir otağına çağırıb işdən azad etdiyini bildirdi. Səbəbini soruşanda, mitiqlərə qatıldığımı dedi. Sən hökumti tənqid edirsən, mitinqlərə qatılırsan, səninlə işləmək mümkün deyil, dedi”.

Qeyd edək ki, Elçin Əskərov iki gün əvvəl (13.09.2016) Sumqayıt şəhərində 4 saylı polis bölməsinə aparılmış və mitinqlərdə iştirakına görə ciddi xəbərdarlıq almışdı.

Oxunuş sayı 1418 dəfə
Şərh vermək üçün giriş edin
Top