Cümə, 23 Sentyabr 2016 22:00

Lerikdə bankomata niyə pul yüklənmir? – ŞİKAYƏT

30 kəndin əhalisini palçıqlı, dağ yollarına salan kimdir?

Bir qrup Lerik sakini Xeber.İnfo-a şikayət məktubu göndərib. Sakinlər Lerikin 30-a yaxın ucqar dağ kəndlərini əhatə edən Şingədulan kəndində qoyulmuş bankomata pul yüklənməməsindən şikayətçidirlər. Şikayətçilər iddia edirlər ki, rayon rəhbərliyindən kimsə bu kəndlərin sakinlərinə düşmək mövqeyi sərgiləyir: “Bankomatda heç bir texniki problem olmadığı halda pul yüklənmirsə, bunu necə izah etmək olar? Biz dəfələrlə müvafiq idarələrə müraciət eləmişik. Aldığımız cavab isə “gedin rayonun mərkəzindən alın” olub. Axı bu kəndlərdə yaşayan əhalinin böyük əksəriyyəti yaşlılardır. Cavanlar bir tikə çörəyin izi ilə paytaxt Bakıya, yaxud xarici ölkələrə gediblər. Lerikin 30 kəndinin əhatəsində - Şingədulan kəndində bir bankomat qoymuşdular. Bankomat işlək vəziyyətdə olsa da, heç bir səbəb göstərmədən pul yükləmirlər. Bu kəndlər rayonun mərkəzindən ən azı 25 kilometr aralıdır. Lerik dağ rayonudur və ilin ancaq 3 ayı Lerikdə yollar quru olur. Qalan 9 ay bu kəndlərə gediş, gəliş xeyli çətinləşir. Əksər hallarda bu kəndlərə at, eşşəklə yük daşınır. Belə bir şəraitdə pensiyaçılar rayonun mərkəzinə necə gedə bilərlər? Biz Lerik rəhbərliyindən tələb edirik sakinlər üçün yaradılmış çətinlik dərhal aradan qaldırılsın. İki gündən sonra ölkədə ümumxalq səsverməsi keçiriləcək. Lerik rəhbərliyi isə xalqı narazı salmaqla dövlətə və hökumətə qarşı qaldırır”.

 Problemlə bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağa çalışsaq da, şənbə günü olduğu üçün cəhdlərimiz boşa çıxdı. Lakin məsələni diqqətdə saxlayıb, rəsmi açıqlama almağa çalışacağıq.

Xeber.İnfo

Oxunuş sayı 1284 dəfə
Şərh vermək üçün giriş edin
Top