Bazar ertəsi, 03 Oktyabr 2016 22:00

İcra başçısı qadınların dizini yerə qoyub - VİDEO

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yeni fotosu yayılıb.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə icra başçısı küçələrdə təmizlənmə işlərinə start verib. Amma bu təmizlənmə əslində qadınlarımızın güzəranını daha da çirkləndirib. 

Belə ki, icra başçısı qadınları  dizlərini yerə qoyub küçələri əlləri ilə silməyə məcbur edib.

Jurnalist Məhəmməd Türkmənin çəkdiyi bu foto əslində hakimiyyətin Azərbaycan qadınına olan münasibətinin göstəricisidir.  

İri tortlar hazırlatdırmaqla Ginnesin Rekordlar" kitabına düşməyə çalışan Eldar Əziziov bu addımı ilə deyəsən, arzusuna çatacaq. O, qadınlara qarşı təhqiramiz hərəkəti ilə dünyanın ən kobud məmuru kimi rekordlar kitabına düşə bilər artıq. 

Oxunuş sayı 1485 dəfə
Şərh vermək üçün giriş edin
Top