Bazar, 16 Oktyabr 2016 22:00

Ziya Məmmədovun tikdiyi körpü fontan vurdu - VİDEO

Ötən gün ölkəmizdə yağan aramsız yağış paytaxt Bakı şəhərini iflic vəziyyətə salıb.

Son illər Nəqliyyat nazirliyinin və Bakı Şəhər icra hakimiyyətinin Bakı şəhərinin yollarında apardıqları başdansovdu təmirlər nəticəsində paytaxt yollarının böyük əksəriyyətində kanalizasiya sistemləri sıradan çıxarılaraq yararsız vəziyyətə salınmışdır. Yollarda kanalizasiya xəttlərinin olmaması və bəzi yerlərdəki kanalizasiya lyuklarının asfalt örtüyü ilə basdırılması nəticəsində şəhərin yollarında iri göllər əmələ gəlib. 

Yollardakı bərbad durumdan əlavə olaraq şəhərdəki körpülərdə də ciddi problemlər yaranıb. Artıq bəzi yerlərdə körpülərin damdığı deyilir. Bakının Heydər Əliyev prospektindəki körpünün divarlarından isə sözün əsl mənasında fontan vurur. 

Oxunuş sayı 2134 dəfə
Şərh vermək üçün giriş edin
Top