Bazar ertəsi, 17 Oktyabr 2016 22:00

Neft Akademiyasında təqaüdlər niyə verilmir?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbə təqaüdləri verilmir. Bu barədə adının açıqlanmasını istəməyən ADNSU-nin tələbəsi Xeber.İnfo-a məlumat verib. Onun sözlərinə görə, yeni tədris ilində Universitet təqaüd verməyib: “Artıq oktiyabr ayi bitir amma hələ də sentiyabr ayının təqaüdü verilməyib. Tələbələr çox ciddi şəkildə narazıdırlar və təqaüdlərin tezliklə verilməsini tələb edirlər”. 

Oxunuş sayı 1243 dəfə
Şərh vermək üçün giriş edin
Top