Cümə, 26 Aprel 2013 21:00

Məmurların bölüşdürdüyü rayon

Rayonda işsizlik yüksək həddəçatıb, əhali kredit borcu içindədir, məmurların zülmü isə baş alıb, gedir

İlk baxışdan Ağsuda diqqətimizi mərkəzi yolun hər iki tərəfindəki hasarlar çəkir. Hasar yarıya qədər bir formada, digər hissə isə fərqli şəkildə üzlənib. Hələ iş tamamlanmayıb. 

Söhbətləşdiyimiz sakinlər də deyirlər ki, icra başçısının rayonda gördüyü işlər hasarların üzlənməsindən o yana getmir: “Təmirə başlayırlar, hasar yarıyacan üzlənir. İş sona çatmamış, yenidən başlanır və bu dəfə fərqli şəkildə üzlük vurulur. Daha sonra üçüncü bir üzlük... Beləliklə, ilboyu hasar beləcə təmir edilir və milyonlar çölə səpilir. Küçələrə asfalt çəkirlər, heç bir il keçmir ki, dağılır”.

Ağsuya səfərimizdə rayonun problemlərindən danışan sakinlər bildirdilər ki, əhalinin durumu olduqca acınacaqlıdır: “Biz ətraf rayonlardan da pis gündəyik...” 

İlqar Sadıqov

Oxunuş sayı 1351 dəfə
Şərh vermək üçün giriş edin
Top