Çərşənbə, 23 Noyabr 2016 21:00

Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər nəyi dəyişəcək? - VİDEODEBAT

Cinayət Məcəlləsinin 148-1 və 323.1-ci maddələrinə ediləcək dəyişikliklər nəyi dəyişəcək?

Fazil Mustafa: “Bu dəyişikliklər insanları siyasi mədəniyyətdə daha çox məsuliyyətli edəcək”

Əli Əliyev: “Məlum dəyişikliklər daxili senzuranı gücəndirmək, azadlıqları, xüsusən siyasi opponentlerin imkanlarını məhdudlaşdırmaq üçün tətbiq edilir”

 Ötən həftə baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinin 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) və 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib.

Hər iki maddədə cəzalar xeyli sərtləşdirilir. Sözügedən layihə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Hakmiyyət tərəfi məlum dəyişiklikləri zamanın tələbi hesab etsə də, narazı qüvvələr düşünürlər ki, bu dəyişikliklər ölkədaxili senzuranı möhkəmləndirəcək və azadlıqları məhdudlaşdıracaq.

Mövzunu daha dərindən şərh etmək üçün millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Sizin Tribuna” verlişinin qonağı olublar.

Fazil Mustafa hesab edir ki, baş prokuror Zakir Qaralovun təkliflər layihəsi insanlara siyasi mədəniyyət bəxş edəcək və ölkə başçısının təhqir olunmasının qarşısını alacaq: “Sıradan olan bir şəxsin təhqir olunması onun şəxsiyyətinə yönəlmiş bir qəsddir, lakin prezident haqqında yayılan yalan məlumat dövlətin maraqlarının zərbə altında qalmasına gətirib çıxara bilər. Bu dəyişiklik insanları siyasi mədəniyyətdə daha çox məsuliyyətli edəcək”.

VİP-in sədri Əli Əliyev isə hesab edir ki, məlum dəyişikliklər ölkədə günbəgün məhdudlaşdırılan azadlıqları daha da məhdudlaşdıracaq: “Mövcud qanunlara görə insanlar sosial şəbələrədə hansısa statusu bəyəndiklərinə görə polis orqanları tərəfindən təhdidlərə məruz qalırlar. Bu qanun dəyişikliyindən sui-istifadə hallarına yol verilməsi daha çox ehtimal edilir. Çünki bu vaxta qədər siyasi hakimiyyətin maraqlarını qorumaq üçün belə hallara çox şahid olmuşuq. Məlum dəyişikliklər daxili senzuranı gücəndirmək, azadlıqları, xüsusən siyasi opponentlerin imkanlarını məhdudlaşdırmaq üçün tətbiq edilir

Oxunuş sayı 1327 dəfə
Şərh vermək üçün giriş edin
Top