Bazar ertəsi, 21 Noyabr 2016 21:00

Mitinqdə iştirakına görə daha biri işindən qovuldu

“11 sentyabr 2016-cı il tarxidə keçirilən icazəli mitinqdə iştirak etdiyim üçün Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məni və dövlət işində çalışan bir neçə yaxınımı çağırıb xəbərdarlıq edərək bildirdi ki, bir də mitinqdə iştirak etsəm yaxınlarımı işdən azad edəcək”. Bu cümlələr Cəlilabad rayon sakini Cavadov Ruslan Yusif oğlunun redaksiyamıza yazdığı məktubda əks olunub. Həmin məktubu təqdim edirik:  

“Mən Cavadov Ruslan Yusif oğlu 15.06.1984-cü ildə Cəlilabadda anadan olmuşam. Cəlilabad Kənd Təsərrüfatı texnikumunun Nəqliyyatda yük və sərnişin daşınmanın təşkili fakultəsini bitirmişəm. 2002-2004 hərbi xidmətdə olmuşam. Sonra ABU Maliyye kredit fakultəsində oxumuşam. 2009-cu ildən Ümud Partiyasının Cəlilabad rayon şöbəsində sədr müaviniyəm. 2008-ci ildə preziden seçkiləri öncəsi göstərdiyim müxalifyönümlü təşəbbüskarlığa görə polis nəzarətinə alınmışam. Bundan sonra mütəmadi olaraq polis bölməsinə çağırılmışam. 2014-cü ilin noyabrında küçəmiz bərbad vəziyyətdə olduğu üçün 5-6 nəfər yığıb şikayətə getdik. Buna görə 3 gün polis bölməsində saxladılar. 11 sentyabr 2016-cı il tarxidə keçirilən icazəli mitinqdə iştirak etdiyim üçün Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məni və dövlət işində çalışan bir neçə yaxınımı çağırıb xəbərdarlıq edərək bildirdi ki, bir də mitinqdə iştirak etsəm yaxınlarımı işdən azad edəcək. Sonra iş yerimdə mənə qarşı təhdid və təzyiqlər başladı. Təhlükəsizlik deportamentinin rəisi Novruz Quliyev tərəfindən həbs olunacağımla bağlı dəfələrlə təhdid olunmuşam. “İşinin öhdəsindən gələ bilməmək” maddəsi ilə məni qanunsuz olaraq işdən azad etdilər”. 

Oxunuş sayı 1804 dəfə
Şərh vermək üçün giriş edin
Top