Bazar ertəsi, 19 Dekabr 2016 21:00

Əli Abbasovun Neftçaladakı kadrı öz ampulasında – Vətəndaşlar bezib…

Ölkədə rabitə sisteminin eks nazir Əli Abbasov və onun milyonları oğurladığı üçün məhkəmə qarşısına çıxarılan irili-xırdalı adamları tərəfindən iflic edildiyi göz qabağındadır. Bütün bunların fonunda Ə.Abbasovun yerlərdə qalan kadrları hələ də öz əməllərini davam etdirirlər.

Vətəndaşlara qarşı saymaz münasibət, yaranmış çox kiçik problemlərin vaxtında həll edilməməsi kimi hallar artıq əndazədən çıxmaqdadır. Hələ də Əli Abbasov qaydaları (rüşvət, korrupsiya) ilə işləyən yerlərdəki Telekommunikasiya Qovşağı müdirləri bu hərəkətləri ilə İlham Əliyevin etimad göstərib nazir təyin etdiyi Ramin Quluzadəyə qarşı bilərəkdən göstərdiyi etimadsızlıqdır. Yəni, bu hal vətəndaşların sistemə, hətta nazirə olan etimadın itirilməsinə şərait yaratmaq kimi qiymətləndirilməlidir… Əks təqdirdə onlar insanlara xidmət edər, yaranmış problemləri yoluna qoyardılar.

Məhz əməllərindən aydın görünür ki, Neftçala Telekommunikasiya Qovşağının direktoru Zülfəli Muradov bunu məharətlə kullanır.

Bizimxeber.az-ın məlumatına görə, rayon sakinlərinin Əli Abbasovun adam kimi tanıdığı Qovşaq direktorunu yalnız pul qazanmaq düşündürür. Yaranmış böyük və ya kiçik problemin həlli bu direktoru qəti maraqlandırmır. Yalnız işin pul qazanmaq tərəfini düşünən Z.Muradov kabel və dirəkləri satmaqla məşğuldur.

İlin bütün aylarında internet problemi olan rayonda ən xeyirli gəlir mənbəyi internetdir. Z.Muradovun qurduğu oyun ona internetdən külli miqdarda pul qazandırır. Bu barədə konkret faktlar göstərəcəyik…

Elə isə burda bir məqam var? Əli Abbasovun korrupsiya sistemini davam etdirən, zaman-zaman onun nəzarəti altında işləyən adamlar niyə hələ də  Telekommunikasiya Qovşağının direktoru vəzifələrini tuturlar? Kimdir onları bu postda qoruyan? Kim tıəminat verir ki, onlar yenə də köhnə əməllərini davam etdirmirlər? Və ya onların bu əməlləri gələcəkdə gənc nazir Ramin Quluzadə üçün ciddi problemlə çevrilməyəcək ki?

Yaxın günlərdə bu barədə geniş araşdırma yazısını oxuyacaqsınız…

Oxunuş sayı 1402 dəfə
Şərh vermək üçün giriş edin
Top