Cümə, 25 Aprel 2014 21:00

Zakir Bulatov ailəsi ilə birlikdə ölkəni tərk etdi

26551604 1956559884372880 873838341 n Polis tərəfindən mütəmadi təzyiqlərə mərzu qalan Zakir Bulatov ölkəsini tərk edərək, Almaniyadan siyasi sığınacaq istəyib. Bu barədə Z.Bulatov özü məlumat verib.

Z.Bulatov iki azyaşlı qızı və həyat yoldaşı ilə birlikdə Almaniyaya sığınıb: “Bir müddət əvvəl təsadüfən yük maşınıma minən tanımadığım şəxsə görə məni polis təqib etməyə başladı. Həmin şəxs məndən xahiş etdi ki, mən ona aid olan qida məhsullarından ibarət yükünü yük maşınımla Mahaçkaladan Xasavyurta aparım. Polis postundan keçərkən sənədləri yoxlamaq üçün bizi saxladılar. Sonra mən həmin adamı görmədim. Polis məni bir neçə gün saxlayıb sərbəst buraxsa da təzyiqləri davam etdirdi. Həmin şəxsin cinayətkar olduğunu deyən polis, mənim o adamla əlaqəli olduğumu iddia edir. Ona görə də polis zorla, fiziki təzyiqlə oxumadığım sənədlərə imza atdırıb”.

Z.Bulatov həbs təhlükəsini hiss etdiyi üçün ölkəni tərk etdiyini deyir: “Polisin təzyiq və təqiblərindən anladım ki, tezliklə həbs olunacam. Ona görə də iki azyaşlı qızımı və həyat yoldaşımı götürüb ölkəni tərk etmək məcburiyyətində qaldım. Sonuncu dəfə polis məni aparmaq üçün gəlmişdi, lakin mən ağır xəstə olduğumu bəhanə gətirib, bir neçə gündən sonra özüm gələrəm dedim. Beləliklə vaxt qazanıb, bütüb yaşayışımı və doğmalarımı buraxıb bir dostumun yardımı ilə ölkədən çıxa bildim”. 

Oxunuş sayı 1494 dəfə
Şərh vermək üçün giriş edin
Top