Şənbə, 28 Yanvar 2017 21:00

“... H.Əliyev İlham Əliyevin əlini sıxa bilmədi – KÜLƏKDƏN SONRAKI ZƏLZƏLƏ”

Fazil Qəzənfəroğlu: “... İqbal Ağazadənin, Pənah Hüseynin qəddarcasına döyülməsi, Sərdar Cəlaloğlunun ailəsinin gözü qabağında təhqir olunması..,”

... Bizdə olan bəsit təsəvvürlərə görə, hansısa müxalifətçi və ya yabançı dövlət başçısı seçkinin real nəticələrindən asılı olmayaraq prezident kreslosunda oturmuş şəxsə təbrik göndərirsə, artıq həmin hakimiyyətin legitimliyini tanınması baş verir. Əslində kimin hakimiyyəti necə tanıyıb-tanımamasından asılı olmayaraq, hər hansı bir hakimiyyət o zaman legitimləşir ki, elektoratın təməl tələblərini təmin edə bilsin. Politoploqla və psixoloqlar insanın hakimiyyətə münasibətdə tələbatını əsasən aşağıdakı təsnifatını göstərirlər.

1.Fizioloji tələbat.., 2.Təhlükəsizlik tələbatı.., 3.Hansısa icmaya və ya birliyə mənsub olma tələbatı.., 4. Hörmətgörmə, tanınma tələbatı.., Ölkədə bu qədər işsizlər ordusunun olması, korrupsiyanın yüksək səviyyəsinə görə Azərbaycanın ən öndə gələn bir dövlət olması, peşəkarlığa görə deyil, yaltaqlığa və əliəyriliyə görə kadr siyasətinin müəyyənləşməsi bu tələbatın da bütün sahələrdə ödənildiyini istisna edir. 5. Özünü təsdiq etmə tələbatı...

Bu tələbatların hamısı bir yerdə hakimiyyətin bu və ya başqa obrazının formalaşmasına təsir göstərir. Bu tələbatların ödənilməməsi insanların davranışlarını motivləşdirir. 15 oktyabr seçkilərini və 16 oktyabr hadisələrini doğuran səbəbləri kimisə döyüb boynuna qoymaqla deyil, yuxarıdakı tələbatların ödənilməməsi ilə bağlı gerçəklər kimi tədqiq etmək daha doğru olardı. Bu tələbatların ödənilmədiyi müddətdə Azərbaycanda legitimlik barədə danışmaq probblemin politoloji mənasını dərk etməmək demədkir. Digər yandan, anlamalıyıq ki, hakimiyyət təkcə səlahiyyət əldə etmək üzərində deyil, həm də ictimai nüfuz üzərində qurulur. H.Əliyevin sərt idarəçilik sistemi təkcə onun səlahiyyəti ilə bağlı deyildi. Uzun illər müxalifət onun legitimliyini siyasi mənada tanımasa da hüquqi baxımdan onun atdığı addımların nəticələri ilə hesablaşmalı olmuşdu. Digər tərəfdən, o, öz elektoratı, dünya dövlətləri, eləcə də cəmiyyətin sabitlik kod adı altında əslində durğunluq istəyən böyük çoxluğu üçün həm də ictimai nüfuz sahibiydi.

 Bütün avtoritar sistemlərin xarakterinə uyğun olaraq o da özündən sonra çevrəsində və cəmiyyətdə ictimai nüfuz sahiblərini sıradan çıxarmağa üstünlük verdi. İctimai nüfuz səlahiyyətli və ya səlahiyyətsiz olmasına baxmayaraq, xüsusi bir fenomendir. Bu gün Azərbyacanda son on ilin ağır göstəricisi budur ki, elm, sənət, ədəbiyyat, idman, siyasət, din və hətta cinayətkar aləmdə cəmiyyətdə sözünün çəkisini mütləq olmasa da, geniş səviyyədə qəbul etdirə biləcək ictimai nüfuz sahibi qalmayıb. Mövcud hakimiyyət də ictimai nüfuzu olmayan ancaq qeyri-məhdud səlahiyyəti olan bir komanda mahiyyətdədir. Hər hansı dövlət adamının ictimai nüfuz qazanmasının yolu cəmiyyətlə effektli münasibətlər qurulmasından keçir. Cəmiyyətin təməl tələbatlarının ödənilməsi istiqamətində cəsarətli addımlar atmaqla bunu qazanmaq mümkündür. Cəsarət təkcə öz haqqını tələb edən insanlara divan tutulması deyil. Cəsarət addım-addım qlobal dünyanın prinsiplərinə uyğun dövlət modelinə keçilməsidir.

 Hakimiyyət dairələri anlamalıdırlar ki, Azərbaycanın dövləti müstəqilliyinin elan edilməsinə gedən yolun başlanğıcından bu günədək dövlət hakimiyyətində dəyişikliklərin mədəni formasını yaşaya bilməmişik. Vəzirov onun yerinə gətirilən Mütəllibovun əlini sıxa bilmədi. Müttəllibov Elçibəyi təbrik etmədi. Seçkidə ikinci yeri tutmuş Nizami Süleymanov Elçibəyin andiçmə mərasiminə çağırılmamışdı. Elçbəy H.Əliyevin, H.Əliyev isə İlahm Əliyevin əlini sıxa bilmədi. Bir dövlət başçısı özündən sonra gələnə normal qaydada sənəd təhvil verə bilmir. Bu dövlətdə biri özündən sonra gələn o birindən halallıq ala bilmir. Bu dövlətin sütununda hallalıq pozulub. Seçkilərin nəticələrindən hamının razı qalıb bir-birinin əlini sıxacağı gün gerçək Azərbaycan dövləti qurulacaqdır.

 Həm də dərk olunmalıdır ki, avtoritar sistemdə müxalifət də xüsusi bir səlahiyyətli vəzifə deyil, sadəcə bir bocdur. İnanmıram ki, hansısa insan yaxşı yaşamağı düşünməsin. Ailəsinin, yaxınlarının rifah içində olmasına maraq göstərməsin. Ancaq yaxşı yaşamağın şərtləri heç də nə yolla olursa-olsun, var-dövlət toplamaq, zəngin sərvətlərə sahib olmaq, kimlərinsə üzərində hökm etmək demək deyil.

 Yaxşı yaşamaq öz qabiliyyət və imkanına görə təhlükəsiz və minnətsiz yaşamaqdır. Televiziyada artıq ekran şəxsiyyəti əldə etmiş birilərinin müxalifət barədə qəzəbləri onun üzərində cəmlənib ki, sanki müxalifət öz vəzifəsini yerinə yetirə bilməyib. İbrahim İbrahimlinin barmaqlarının sındırılması, İqbal Ağazadənin, Pənah Hüseynin qəddarcasına döyülməsi, Sərdar Cəlaloğlunun ailəsinin gözü qabağında təhqir olunması, İsa Qəmbərin sürücüsündən belə intiqam alınması ancaq cəmiyyətin bir qütbündə kin yığınının artmasına xidmət edir. Cəmiyyət üzərindən bu kin buludunu dağıtmaq üçün birinci növbədə hakimiyyət tərəfindən anlayışlı addımların atılması vacibdir. Bu addınların əvəzinə əslində ortya atılmış dialoq sözü avtoritar sistemdə ironiya kimi səslənir. Əvvəla, ondan ötrü ki, avtoritarizmdə dialoqun birinci bəndində yazılıb ki, sənin hakimiyyətə gəlmək haqqın yoxdur. Ya hakimiyyətə satılmalı, ya kustar siyasətçi kimliyini daşımaqla müxalifət eksponatı kimi ömürlük boy göstərməli, ya da “Bandotdel”in zirzəmisində qolun-qabırğan sındırılaraq sıradan çıxarılmalısan. Dialoq əvəzinə Azərbaynada insan kimi yaşamaq qaydalarını müəyyənləşdirmək daha vacibdir.

 Səkkiz əsr öncə İngiltərədə başlanan yolu biz çox gec də olsa, başlaya bilərik. Onsuz da Qərbin nəzərində biz ibtidai bir insan cəmiyyətiyik və bizim hələ normal seçimlə öz taleyimizi həll etməyimiz gülüşlə qarşılanır. Bu gün Azərbaycan dövləti deyilən bir məfhum bp-nin bir neftçıxarma idarsindən yüksək prestij daşıyıcısı deyilsə, bu gün qulağımıza dəyən silləsinin şikayətini ədalət mühakiməsi instansiyası kimi ABŞ səfirinə söyləməklə təsəlli tapırıqsa, deməli bizim sözün bütün mənalarında dövlətimiz yoxdur. Hər halda işlər bu cür davam edərsə, xarici dövlətlərdən və beynəlxalq şirkətlərdən də soruşmalıyıq ki, biz neçə əsrdən sonra hakimiyyətə gələ bilərik. Nə zaman seçkidə iştirak edib qalib gəlsək, haqqımıza təminat verilə bilər və buna uyğun oalarq da milləti “demokratiya, azad seçki” sözləri ilə aldatmadan öz siyasətimizi müəyyənləşdirərik. İndilik elə bil siyasət izlənilməlidr ki, hamımız bir-birimizə adam kimi müraciət edə bilək. Belə bir şərait yaranarsa, o zaman yaxın bir ay ərzində yalnız müxalifətin bəzi qəzetlərinin standartlaşdırdığı liderlərlə deyil, az çox ictimai nüfuz sahibi olan siyasətçilər və aydınlarla hakimiyyət arasında açıq, şəffaf danışıqlar başlanıla bilər. Burada Azərbaycan daxilində bütün siyasi qüvvələrin bir-birinə qarşı münasibətlərinin hüquqi və normal qaydalarının müəyyənləşdirilməsi mümkündür. Onda mərhələ-mərhələ demokratik cəmiyyətə keçid məsələsi geniş müzakirə olunaraq xalqa açıqlanmalıdır. Hakimiyyətin əlində zopa tutmuş əsas qanadı bunun yol verilməz olduğunu düşünərək həzm etməyə bilər. Ancaq özləri də anlamalıdırlar ki, mövcud hakimiyyətin ən azı dövlətin resurslarını əlindən cəmləməyə daha beş il krediti var və bu müddət ərzində artıq sivil rəqabətlə müxalifəti udmağın hesablarını aparmaqla ola bilərlər. Gerçək demokratik rəqabətdə, şəffaf və azaad seçkilərlə müxalifət məğluq olarsa belə, cəmiyyətdə insanların içinə yığılmış kinin azalması, hətta ortadan qaldırılması mümkün olacaq. Nəzərdə tutulan sağlam müzakirə şəraitinin yaranması üçün son hadisələrlə əlaqədar siyasi motivlərlə həbs olunmuş bütün müxalifət liderləri, eləcə də Avropa Şurasının təzyiqindən qurtulmaq üçün bütün siyasi məhbusların həbsdən azad olunması durumu kifayət qədər sadələşdirə bilər. Bunun açılışı odur ki, biz sizi seçki saxtakarlığına görə cəzalandıra bilmədik, siz də bunun müqabilində bizim məğlub duruma salınmağımızdan yararlanaraq bizi cəzalandırmaqdan imtina etdiniz. Eyni zamanda 2003-cü il Azərbaycanda heç bir siyasi məhbusun həbsxanada qalmadığı bir il kimi xatırlanmalıdır. Bu, demokratik dövlət imicini qazanmaq üçün bizdən çox mövcud iqtidara lazımdır. Eyni zamanda partiyaların fəaliyyətinə müdaxilə bütün respublika ərazisində ortadan qaldırılmalı, onların narazılıq və kin əsasında deyil, ideoloji və proqmatik seçimlə öz kadr bazasının formalaşmasına şərait yaradılmalıdır. Bütün bunlardan sonra oturub danışıqlar aparmaq mümkündür. Mövzu olaraq bir il ərzində yeni parlament seçkilərinin tam dekomratik və iç gərginlikdən qurtulmaq üçün ATƏT-in nəzarəti altında keçirilməsi barədə razılığa gəlinməsinə səy göstərilməsini düşünmək olar. Analaşılan budur ki, prezdentliyin itirilməsi H.Əliyev komandası üçün daha həyati əhəmiyyət daşıyırdı və rejimin dəyişməsinə yol verməmək üçün hər cür üsullardan istifadə etməyə məcbur idilər. Parlamentdə isə qüvvələr nisbətinin dəyişməsi rejimin mahiyyətinə təsir edəcək məsələ deyil və cəmiyyətiçi gərginliyin ortadan qalxmasına səbəb ola bilər. Çünki prezidentdən sonra Konstitusiya ilə səlahiyyətlərin baş nazirə verilməsi əslində parlamenti üçüncü mövqedə olan orqana çevirib və siyasətlə məşğul olan, ancaq mövcud hakimiyyətin komandasını qəbul etməyən, millətinə müxalifətçi kimi xidmət etmək istəyən insanların hamısı əslində prezidentlik uğrunda mübarizə aparmır, öz sözünü demək üçün rəsmi tribuna axtarır. Qapılar bu dərəcədə bağlı olduğu təqdirdə isə hamı ya hansısa güclü ölkənin maraqlarına təslim olmaqla, ya da meydanda mitinqlərə hamıdan çox adam toplamaqla hakimiyyətə gəlməyin mümkünlüyünə inanır. İctimai televiziya, eləcə də hakimiyyətin nəzarətindən kənarda televiziya yox, meydanda da meqafonla gələcək proqramdan danışmaq olmur. Hamı eşitsin deyə, çığırmaq lazım gəlir. Çığırmaq isə yorucu bir işdir.

 Və elmi-siyasi proqramları çığırmaqla izah etmək olmur. Külli miqdarda pulunuz, sərvətiniz var, buyurun, tam dekokratik seçkidə bərabər şərtlərlə siz hər bir seçicini ələ almağa çalışın, biz də öz sözümüzlə onlara təsir göstərək. Bu, sizin üçün də, demokratiyaya keçid üçün də lazım olan addımdır. Çünki əvvəl-axır belnəlxalq aləm də bu demokratikləşməni sizdən tələb edəcək və bu cür davam edərsə, növbəti parlament seçkilərində bu prezident seçkilərini yaşamış müxalifətdən ağlı başında olan kimsələr əbəs yerə seçkilərdə iştirak etməyi düşünməyəcəklər. Bu gün hakimiyyətin eyforiyası bəlkə də uzaq gələcəyə doğru hesablanmış xəyallar içində güclənməkdədir və bu gedişatın dəyişməz olduğuna dərindən inanmış kimi görünür. Heç yerdə körpü saxlamağı ağıllarına gətimirlər. Bir siyasətçini həbs edərkən ailəsinin gözünün qabağında təhqir olunması, biədəb verlişlərdə onlara heyvan səslərini çıxarmağın rəva görülməsi anlayışından uzaqlaşmağı hələ ki düşünən yoxdur.

İmkanınız olsa “Nyu-Yorkda zəlzələ” filminə baxın. Bizdə də bir vaxt çəkilən film durur: “Bakıda küləklər əsir”. Kimsə ağlını küləyə verməsin. Zəlzələ də ola bilər...

“Yeni Müsavat” №298 (2225) 4 noyabr 2003

Oxunuş sayı 3802 dəfə
Şərh vermək üçün giriş edin
Top