Çərşənbə, 14 Fevral 2018 21:00

Daha bir mühacirin ailəsini polis təhdid edir

Almaniyadan siyasi sığınacaq istəyən jurnalist Cavid Cabbarlının qardaşını və digər qohumlarını polis təhdid edir. Bu barədə C.Cabbarlı məlumat verib.

ad0145173c00f7fe99af7442fbe6a818 XLOnun sözlərinə görə polis qardaşını və digər qohumlarını həbs edəcəyini bildirib: “Bir müddət əvvəl Mehriban Əliyevanın vitse-prezident təyin olunmasından bir il keçdi. Bu bir il ərzində hökumətin daha çox aqressivləşməsini, xüsusən azad jurnalistlərə qarşı amansız hücumunu tənqid etmişdim. Hakimiyyət ən kiçik tənqidi bağışlamaq niyyətində deyil. Ona görə də qeydiyyatda olduğum Yardımlı rayonunda yaşayan qohumlarıma qarşı polis hücuma keçib. Bacımın həyat yoldaşını Polis İdarəsinə aparıb, həbs edəcəkləriylə təhdid ediblər. O, mənimlə heç bir əlaqəsinin olmadığını desə də, polis rəisi bir da tənqidi yazı dərc etdiyim halda onu həbs edəcəyini bildirib”.

C.Cabbarlı təhdidlərin bununla bitmədiyini deyir: “Qardaşım və yaşlı anam Bakı şəhərində yaşayırlar. Polis xəstə anamın yaşadığı ünvana gəlib, onu hədələyib, mənim guya dövlətə qarşı olduğumu deyib və həbs ediləcəyimi bildirib. Yaşlı və şəkər xəstəliyindən əziyyət çəkən anamın vəziyyəti çox ağırlaşıb. Qaradşımı da polis bölməsinə aparıblar, bir neçə saat saxlayıb, izahat alıb buraxıblar. Ona deyiblər ki, Cavid Cabbarlı hökuməti tənqid etməkdə davam etsə, səni girov götürəcəyik. Bütün ailə üzvlərinizi müxtəlif bənahələrlə polis idarələrində süründürəcəyik. Ailəm və bütün qohumlarım təhdid altındadır və ciddi qorxu içindədirlər”

Oxunuş sayı 1038 dəfə
Şərh vermək üçün giriş edin
Top