Çərşənbə, 14 Fevral 2018 21:00

Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Xarici işlər naziri Elmar Məmmədyarov 16-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedəcək.

 XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində nazirin Münhen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Xeber.İnfo 

Oxunuş sayı 1191 dəfə
Şərh vermək üçün giriş edin
Top