Bazar ertəsi, 26 Fevral 2018 21:00

Elmar Məmmədyarov səfərdədir

Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Xeber.İnfo-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda, BMT-nin Cenevrə bölməsinin baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Xeber.İnfo

Oxunuş sayı 1067 dəfə
Şərh vermək üçün giriş edin
Top