Çərşənbə axşamı, 06 Mart 2018 21:00

DYP rəisi jurnalisti həbslə hədələyir

Bərdə rayonunda DYP əməkdaşlarının sürücüləri qorxu altında saxlaması ilə bağlı araşdırma aparan jurnalist rəis tərəfindən prokurorluğa veriləcəyi ilə hədələnib.
 
xeberinfo.de xəbər verir ki, bunu anaxəbər. az saytının baş redaktoru Azər Talıbov Yenicag.az-a açıqlamasında bildirib.
 
Azər Talıbovun sözlərinə görə, Bərdə rayonunda yol polisi sürücülərdən rüşvət yığır və onları qorxu altında saxlayır:
 
“Bərdədə olanda DYP əməkdaşlarının sürücüləri incitdiyini gördükdən sonra məsələni araşdırmağa başladım. Araşdırma məqsədi ilə hansı taksiyə oturdumsa, hamı şikayət etdi. Onlar hətta qorxularından danışmaq istəmir, danışanlar da tərəddüdlə “əgər bunu mənim sizə dediyimi bilsələr, Anar müəllim məni Bərdədən yox edər”, dedi. DYP əməkdaşları taksi sürücülərindən haqq tələb etməklə yanaşı, onlara susmağı da tapşırırlar. Bunları yazdıqdan sonra Bərdə rayon DYP rəisi Anar Cəlilov məni görüşə dəvət etdi və dedi ki, səni həbs etdirəcəm”.
 
Azər Talıbov bildirib ki, DYP rəisi Anar Cəlilov ondan şikayət edən sürücülərin adlarını tələb edib. Jurnalist məsələ ilə bağlı prezidentə müraciət ünvanlayıb.
xeberinfo.de
Oxunuş sayı 1205 dəfə
Şərh vermək üçün giriş edin
Top