Bazar ertəsi, 21 May 2018 22:00

Məhkəmələr siyasi hakimiyyətin cəza maşınına çevriliblər

Əgər Azərbaycan hakimiyyəti bəyan edirsə ki, onlar hüquqi Avropa dövləti qururlarsa, onda borcludular ki, məhkəmə təcrübəsində hər hansı bir şəxsə qarşı ayrıseçkilik etməsinlər.

Vətəndaşların sorğusu göstərir ki, əhali ən çox hakimlərdən narazıdırlar. Biz dünya reytinqində geriyə getmişik, məhkəmələrə inam Afrika ölkələrində olan səviyyədə yerləşir. Məhkəmələr insanların hüquq, azadlıqlarını, şərəfini və talehinə müdafiə etməyən, ancaq onlara təhlükə yaradan orqana çevrilmişdir. Məhkəmələr hüquqi yox, siyasi qərarlar qəbul edirlər.

Çünki məhkəmə - bu dövlətin cəzalandırma maşının elementidir. O, ittiham tərəfindədir. Hakimlər cəza sistemindən çıxmışlardır. Buna görə də hakimlər işgəncələrə barmaqarası baxırlar. Öz vaxtında bir gözəl vəkil demişdir : “Onlar həll etmirlər, onlar yerinə yetirirlər” və bu çox düzdür.

Yuxarı instansiya məhkəmələri öz həmkarlarını müdafiə etməyə öyrəşiblər. Bu bir orqanizmin reaksiyasıdır – müttəhim, müdafiəçi və ümumiyyətlə insanlar bu maşın üçün yaddırlar, bu sadəcə emal və düşərgə tozuna çevrilməsi üçün materialdır.

İki əsas problem var. Birinci – müstəqilliyin olmaması. Əsas asıllıq – məhkəmə sədrindən. O, isə adətən siyasi sifarişləri yerinə yetirir. O, hakimlərini idarə edir, necə zavod direktoru briqadirlərini idarə edir. Məhkəmə hakimiyyəti icra istesalatçı prinsipi üzrə qurulub.   İkinci problem - aşağı hüquqi mədəniyyət. Hakimlər özlərini Azərbaycan xalqından özgə hiss edirlər.  

Hakimiyyətin icraedici, qanunçuluq və məhkəmə qanadlarının vacibliyini qiymətləndiriləkən, soruşmaq xeyirlidir – kimə onlardan hansı vacibdir ? Kim ki, “büdcəni” kəsir, icraedici orqan əhəmiyyətlidir, onlara meyillikləri var. Sadə vətəndaşlara lazımdır ki, onların hüquq və azadlıqları qorunsun, məmur özbaşınalığından sığorta və ədalətlilik, məhkəmə isə borcludur ki, onları təmin etsin. Beləliklə, onlar üçün sərbəst məhkəmə hakimiyyəti vacibdir. Ona görə də əhalinin əksəriyyəti “Məhkəmə üçün hansı vacibdir – Qanun yoxsa rəhbərliyin gösrətişi ? “ sualına əksəriyyəti ikinci cavabı verirlər.

Nə vaxt ki, məhkəmə ədalətli deyil, dövlətin quruluşunun özü təhlükə altına düşür. Əksinə, təmiz və müstəqil məhkəmə həm hakimiyyəti, həm də vətəndaşları qanunla və rüşvətsiz yaşamağa öyrədir.

Rusiyada XIII–XIX əsirlərdə şah, Qızıl Ordaya oxşar, eyni zamanda həm hökümran, həm də hakim idi, onun rəiyyəti isə hüquqsüz nökər kimi qalmışdılar. Ancaq 1864-cü ildə andlı iclasçılar məhkəməsi tətbiq edilmişdir. O, çətinliklə, ancaq vətən mühütündə möhkəmlənirdi. Ancaq bolşeviklər köhnə qaydaları bərpa etdilər, məhkəmə yenidən hakimiyyətin tabeçiliyinə keçdi, onun cəza orqanı oldu. SSRİ-nin 70 il kommunist diktaturasında “telefon hüququ” höküm sürüdü, məhkəmə prosesi məhkəmə cəlladı görüntüsü yaradırdı, hansında ki, hakimlər eynizamanda ittihamçı qismində çıxış edirdilər.

Sovet məhkəmələrinə insanlar inanmırdılar, ancaq çoxsunda ümüd var idi ki, müstəqil Azərbaycan Respublikasında o, başqa çür olacaq. Ancaq 1993-cü ildən sonra insanlar başa düşdülər ki, YAP hakimiyyətinin maraqlarına toxunan işlərdə məhkəmələrdən ədalətli qərar çıxarılmasını gözləməyə dəyməz. Aparılmış sorğular onu göstərir ki, ümumilikdə vətəndaşlarımız məhkəmələrə mənfi münasibət bəsləyirlər, bir hissəsi hesab edir ki, onda ədalət tapmayacaqlar. Sovet vaxtından telefon “hüququ”nun təsiri bu hakimiyyətdə də davam edir, haçan ki, sözükeçən məmur hakimə diktə edir ki, o, hansı qərarı çıxarmalıdır.

Azərbaycanda ən mötəbər, nüfuzlu, sözükeçən qeyri-formal institut - korrupsiyadır. İnsanlar öz həyat təcrübəsindən bilirlər ki, hər hansı bir problemi həll etmək üçün mütləq rüşvət vermək lazımdır, bəzi hallarda onsuz da keçinmək olar. Vəkillər də bilirlər ki, bununla da hakimlər korrupsion qərar çıxara bilərlər, bununla da mübarizə aparmağın – xeyri yoxdur.

           Çox təəsüflər olsun ki, Azərbaycan hakimiyyətinin istəyi yoxdur ki, xalqı maarifləndirsin və Azərbaycanda hüquqi dövlət qurulsun, hansında ki, rəiyyət yox, sözün əsil mənasında böyük həriflərlə yazılmış VƏTƏNDAŞLAR yaşayacaqlar. Bu gün bu şərtlər hakimləri qanuna yox, rəhbərə xidmət etməyə yönəldir.

            Monopolist idarəçilk burokratiyasına əl məhkəməsinin olması rahatdır, hansı ki, onu müxalifətdən, rəqiblərindən müdafiə edir. O, adamların maraqlarını müdafiə edir ki, kimlər üçün ki, Qanunun ciddiliyi onu başa salma yolu ilə yüngülləşir, hansılar ki, şəxsi əlaqələri Qanundan yüksəkdir. Vəziyyət ancaq siyasi rəqabət şəraitində dəyişəcək, haçan ki, siyasi elitaya dəyişmək təhlükəsi yaranacaq.

Sadə insanlara müstəqil məhkəmə həm də obyektiv zəruridir. Ölkələrində müdafiə almayaraq, bizim çoxlu həmvətənlərimiz onu, o cümləddən mən özüm də, Avropa İnsan Haqları Məhkəməsində axtarmağa çalışırıq. Onlar isə iddialarla yüklüdürlər.

           Bu dediklərimi konkret faktla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqiatlar Baş İdarəsində, Polis Akademiyasında və Ədliyyə Nazirliyinin Məhkəmə Sistemində baş alıb gedən qanunsuzluq, özbaşınalıq, dərəbəylik, saxtakarlıq və coxsaylı cinayətlərlə müşayət olunan konkret faktla qeyd etmək, bununla da insanların başına gətirilən saysız-hesabsız hadisələrdən birini qısa da olsa işıqlandırmaq istərdim.

            Belə ki, 2011-ci ilin 13 iyulundan başlayaraq sonuncu iş yerim olan DİN-nin Polis Akademiyasının “DİO-nun əməliyyat-axtarış fəaliyyəti“ kafedrasına müəllim vəzifəsinə təyin olunub, polis polkovnik-leytenantı rütbəsi verilmişdir.

2016-cı ilin 13 aprelinə kimi Polis Akademiyasında fəaliyyət göstərmiş, sonda bu hakimiyyət, konkret desək Daxili İşlər Naziri, polis general–polkovniki Ramil Usubov tərəfindən “cox sağ ol” və ya buna “təşəkkür“ də demək olar - 07.04.2016-cı il tarixli, Ə318-001-16 saylı DİN-nin əmri ilə “qeydiyyatdan keçdiyim “Facebook” sosial şəbəkəsində ictimai-siyasi məzmunlu yazılara tənqidi şərhlər verməklə xidməti fəaliyyəti ilə birbaşa bağlı olmayan məsələlərə əsassız müdaxilə etdiyinə, ailəli olmasına baxmayaraq vət. Ə.Ağacanova ilə cəmiyyətdə qəbul edilmiş ailə-məişət və əxlaq normalarına zidd münasibətlər qurduğuna və rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları adına və polisin nüfuzuna xələl gətirdiyinə görə” DİN-nin Polis Akademiyasının DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının müəllimi, polis polkovnik-leytenantı Yaqubov İlqar İlyas oğlu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 9-cu(daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməyim ilə “mukafatlandırıldım”. Mən bu barədə bundan əvvəlki 27 iyul 2017-ci il tarixli “ARTIQ BU DÖVLƏT MƏNİM QİSMİMDƏ BİR ƏSGƏRİNİ İTİRDİ”, 28 dekabr 2017-ci il tarixli “Azərbaycan məhkəmələrinin əksər hakimləri siyasi sifarişli qərarlar qəbul edir və ancaq möhür vurmaqla notariat kontorunun funksiyalarını yerinə yetirirlər”, 14 aprel 2018-ci il tarixli “Polis Akademiyasının sabiq müəlliminin iddiası Ali Məhkəmə tərəfindən təmin olunmadı” məqalələrimdə siyasi sifariş əsasında başıma gətirilən qanunsuzluq, özbaşınalıq və hərcimərclik barədə geniş məlumat vermişdim.

04 noyabr 2016-cı il tarixdə barəmdə çıxarılmış əmrin ləğv edilməsi xahişi ilə əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim.

14 dekabr 2016-cı il tarixdə “iddia ərizəmin mümkünsüz sayılması, iddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəmədə iddia qaldıra bilməsi, Qərardaddan şikayət qarardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilməsi” barədə 2-1(82)-3848/2016 nömrəli Qərardad çıxarılmışdır. Bu qərarı xanım İntizar Bayramova çıxarmış, əvvəlcədən hazırlanmış siyasi sifarişli qərarı sadəcə elan etmiş, hec bir məhkəmə araşdırması aparılmamış və tərəflərin şəkişməsi prinsipinə ümumiyyətlə riayət olunmamışdır. Mən heç bu xanıma hakim də demək istəməzdim, çünki hakim adına ləkə gətirən, hakimlikdən əsər-əlamət olmayan, stul arxasında mürgüləyən bir məxluq təsəvvürü yaranmışdır.

10.04.2017-ci il tarixdə yenidən 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə əmrin ləğv olunması xahişi ilə müraciət etdim. Ərizəm hakim Etibar Mustafayev tərəfindən sağ olsun icraata götürmüşdür. Yeganə hakim gördüm ki, doğurdan da prosesdə tərəflər arasında məhkəmə çəkişməsinə şərait yartmış, məni və vəkilimi dinləmiş, vəsatətləri qəbul etmişdir. Ancaq təəsüflər olsun ki, o, da Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubovun imzaladığı əmrin əleyhinə qarşı qərar qəbul etmək iqtidarında olmamışdır. Belə ki, məhkəmə prosesində verdiyimiz vəsatətləri hakim təmin edib, DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsindən barəmdə aparılan yoxlama materiallarını, Polis Akademiyasından mənfi xarakterizə olunmağım sənədlərinin təqdim edilməsini və ya nümayəndənin dəvət olunmasını tələb etmiş, lakin göstərilən xüsusatların heç birini təəsüflər olsun ki, təmin etdirə bilməmişdir. Həlbətdə ki, 26 ildən çox DİN-i olan polis general-polkovniki Ramil Usubovun imzası ilə imzalanmış siyasi sifarişli əmrin əleyhinə gedə bilməmiş, əmrin qüvvədə saxlaması barədə əvvəlcədən aldığı göstərişə uyğun 26 sentyabr 2017-ci il tarixdə “iddia tələbinin təmin edilməməsi” barədə qərar çıxarmışdır.

16.11.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı “iddia tələbinin təmin edilməməsi qərar”nın ləğv edilməsi iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur.

26 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədirliyi ilə guya məhkəmə baxışı keçirilmişdir. İnsan, zabit, ailə, uşaq həyatı və talehi həll olunan mühüm amillər Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən cəmi 15-20 dəqiqə guya baxılmış, bundan əvvəl göstərilən müddüaların heç biri üzrə yenə də araşdırma aparılmamış, buna heç çəhd də olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması göstərişini almış hakim Valeh Ağayev, siyasi sifarişi məharətlə yerinə yetirmiş, iddiam yenidən təmin olunmamışdır.

Həlbtədə ki, mən Apellyasiya Məhkəməsinin bu sifarişli və qanunsuz qərarı ilə razılaşmadığıma görə 26.01.2018-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət etdim.

14 fevral 2018-ci il tarixdə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından çağırış vərəqəsi göndərilərək məhkəmə iclasında yalnız vəkillə iştirak etməli olmağım barədə bildiriş göndərilmişdir. Ancaq bu günə kimi mənim iştirakımın mütləq olması bildirişlərdə göstərilməmiş, bu dəfə DİN-nin rəhbərliyinin göstərişinə əsasən belə bir bildiriş göndərilmişdir. Məqsəd də birdir - mənim məhkəmədə iştirakımın təmin olunması və əvvəlcədən hazırlanmış polis tələsinə salınıb şərlənərək həbs olunmağımdır. Onlar məni şərləyib həbsimi həyata keçirmək üçün fürsət axtarırlar. Həlbətdə ki, mən onların çoxlarına qarşı tətbiq etdiyi və etməkdə də davam edən bu iş metodlarını bildiyimə görə bu tamaşa xarakterli məhkəmədə təhlükəsizlik baxımından iştirak edə bilmədim. Gunahsız yerə şər atılaraq həbs olunmaq istəmirəm və vəkilim məni məhkəmədə təmsil etmişdir.

12 aprel 2018-ci il tarixdə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılan, əgər buna baxılmaq demək olarsa, bu şounun kənardan müşahidəçisi oldum. İddia ərizəsini araşdıran məhkəmə kollegiyası iki kişidən, onlardan biri hakim İlqar Dadaşov və bir qadından ibarət olmuşdur. Məhkəmə baxışında ilk növbədə mənim harada olmağım, məhkəmə baxışında iştirakımın mütləq vacib olması təkidlə bildirilmiş, çünki onlar DİN-dən belə sifariş almışlar. Mən bundan əvvəl göstərdiyim səbəblərə görə ölkədən kənarda olduğumdan, bu məhkəmədə iştirak etmədim. Həmişəki kimi məhkəmə baxışı birtəfəli, heç bir araşdırma aparılmadan, sübutlar təqdim olunmadan, onlara qiymət verilmədən, heç bir şahid dindirilmədən, heç bir sənəd təqdim edilmədən DİN-nin xeyrinə baxılmış, hakimlər oturduqları kürslərini və vəzifələrini yaddan çıxarmış, DİN-nin vəkillərinə çevrilmişlər. Qısa müddət ərzində baxılan iddiam, buna heç baxılma da demək olmaz, təmin edilməmiş, əvvəlcədən hazırlanmış barəmdə çıxarılmış əmrin ləgv edilməsi iddiamın təmin olumaması barədə qərəzli və sifarişli qərar Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən məharətlə, vicdansızcasına qüvvədə saxlanılmışdır.

Bu günə kimi bilmirəm ki, mən nədə gunahlandırılıram və mənə bu barədə heç bir araşdırma materialı, sübutlar təqdim olunmur, bunları araşdıran vəzifəli şəxslər və işdə adları çəkilən şahidlər məhkəməyə dəvət olunsa da, gəlmələri bilərəkdən təmin olunmur. Göstərdiklərimin mənim hüququmun olmasına istinad mənbəyi kimi Azərbaycan Respublikasının Konstitusiyasından və digər normativ-hüquqi aktlardan müvafiq maddələri göstərmək olar və bütün araşdırma müddətlərində lazımi yerdə istinad olunub, ancaq təəsüf ki, yazılanlar kitab üzərində qalıb və qalmaqda da davam edir. Belə yerdə deyirlər ki, Qanun şah deyil, şah Qanundur.

Orqandan xaric olunmağım əmrində qadınla cəmiyyətdə qəbul edilmiş ailə-məişət və əxlaq normalarına zidd münasibətlər qurmağım və rəhbərlik tərəfindən mənfi xarakterizə olunmağım göstərilmişdir. Bu işə baxan bir Allahını, müsəlmanlığını, vicdanını, insanlığını, şərəfini, ləyaqətini itirməmiş bir vəzifəli şəxs tapılmadı ki, bu işi araşdıran DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevdən, işi aparan onun əməkdaşlarından soruşsun və sənədlər tələb etsin ki, bu qadınlar neçə müəyyən edilib, necə sübut olunub ki, mənim hər hansı bir qadınla münasibətim var. Məni hansı əxlaqsız məkanda və ya ümumiyyətlə hər hansı bir yerdə qadınla tutublar, bunu sübut edən hər hansı bir dəlil var ?

Bir vəzifəli şəxs tapılmadı ki, Polis Akademiyasının rəisi, polis general-mayor Nazim Əliyevdən, onun əməkdaşlarından soruşsun və sənədlər tələb etsin ki, mən necə və nə vaxtdan mənfi xarakterizə olunuram və ya bunu sübut edən bir nümayəndə dəvət etdirə bilmədilər.

Bundan başqa, barəmdə cıxarılmış məhkəmə qərarının bir hissəsində göstərilmişdir ki, mən 6 dəfə intizam məsuliyyətinə cəlb olunmuşam. Hanı o sənədlər, niyə mənə təqdim olunmur, əgər mən bu qədər intizam məsuliyyətinə cəlb olunmuşamsa, nəyə görə məni təhsil ocağında 5 il müəllim vəzifəsində saxlayıb, ən aparıcı və vacib - “Dövlət sirri” təşkil edən fənndən gənc nəsilə tədris etməyə imkan yaradıblar.

Bu dediklərimi ona görə edə bilmirlər ki, bu barədə onların əlində heç bir sübutları yoxdur, hamısı qurma, şər, böhtan və saxtadır. Bir qadına hədə-qorxu gəlib mənim əleyhimə izahat almaqla işlərini bitmiş hesab etmişlər. Bu əvvəlcədən hazırlanmış sifarişli şər, ləkə yaxma və böhtan kompaniyasıdır.

Bunun səbəblərindən biri – sosial şəbəkədə ölkədə əksər vəzifəli şəxslər tərəfindən törədilən qanunsuzluqları, korrupsiya, rüşvətxorluq, mənimsəmə, israfetmə və sair bunlar kimi coxsaylı cinayətlər barədə yazılan məqalələrə tənqidi şərhlər vermişəm, bunu düz etmişəm, heç heyfislənmirəm də. İkinci bir əsas səbəb də var, mən hələ ki, bunu açıqlamaq istəmirəm, vaxtı gələndə lazım olsa açıqlayacağam.

Bundan başqa, Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev və onun yaxın ətrafının da təhsil ocağını şəxsi biznes obyekti kimi idarə edib, korrupsiya, rüşvətxorluq, mənimsəmə, israfetmə, yerlibazlıq, qohumbazlıq və sair bu kimi qanunsuzluqlarına, cinayətlərinə qarşı çıxmışam, mübarizə aparmışam və haqq sözümü deməkdən belə çəkinməmişəm. Bu təhsil ocağının auksion, bazar və küçə qanunları ilə yox, Dövlətin Qanunları ilə idarə olunmasını, bütün əməkdaşlara, kursantlara və dinləyicilərə eyni münasibət bəslənməsini tələb etmişəm. Sonda da məni bu yolla cəzalandırıb, digərlərini qorxu altında saxlamaq üçün belə bir şər və böhtan atıblar.  

Bu qanunsuzluqları, saxtakarlıqları və nəhayət çoxsaylı cinayətləri DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev, Polis Akademiyasının   rəisi, polis general-mayoru Nazim Əliyev, onlarla qabaqcadan əlbir olan digər kölə və nökər vəzifəli şəxsləri törədiblər, sonda da cinayət yolu ilə hazırlanmış bu əmrə Azərbaycan Respublikası Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubov imza edib.

Mən bu şəxslərin mənə qarşı etdikləri çoxsaylı cinayətlərini sübut edə bilmirəm, ancaq Uca Allah onlara olmayan vicdanları qarşısında nə vaxtsa cavab verdirəcək. Bircə onu demək istəyirəm ki, bir zabitdə ki, bu mənim işimdə iştirakçı olan hər bir şəxsə aiddir, əgər “zabit şərəfi” yoxdursa, o, kişi kimi mübarizə apara da bilmirsə, bu nakişilik, şərəfsizlik, alcaqlıq, binamusluq və biqeyrətlikdir. Kişidən də hayıfı qadın vasitəsilə cıxmazlar, kişinin üzünə qadın dayandırıb şər atmazlar, bu murdarlıq, acizlikdir. Allah onsuz da həm özünüzün, həm də əzizlərinizin bəlasını artıqlamasıyla verəcək, buna əmin olun.

İddia ərizəm əgər normal hüquqi ölkədə olan məhkəmələrdə baxılsaydı, Azərbaycan generallarının qanunsuzluğu, özbaşınalığı və saxtakarlığı, nahəyət törətdikləri çoxsaylı cinayətlər üzə çıxardı. Ancaq məhkəmə hakimlərinin əksəriyyəti qorxduqlarından, çılız, əqidəsiz və prinsipial olmadıqlarından bunu etməyə çürətləri, cəsarətləri çatmamış və çatmayacaq da. Onlar DİN-nin rəhbərliyindən qorxur və çəkinirlər, onlara yazığım gəlir, görəsən insan bu qədər də kölə və nökər olmağı ilə necə barışa bilər. Ancaq bu deyilənlər bu günə kimi bu işə baxan və bundan sonra da baxacaq məhkəmə hakimlərini nə Uca Allah, nə də ki, Qanun qarşısında nə vaxtsa cavab verəcəklərindən azad etmir, etməyəcəkdə.

Bu məhkəmə qərarını aldıqdan sonra müdafiəçim vasitəsilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edib, pozulmuş hüquqlarımın bərpasına çalışacam. Məqsədim ölkədaxili sonuncu məhkəmə instansiyasını keçəndən sonra, onsuzda bilirəm ki, Azərbaycanda pozulmuş hüquqlarımın bərpası qeyri-mümkündür, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdir. Əminəm ki, Qanunların, İnsan Hüquq və Azadlıqların aliliyi bərqərar olunan Avropa İnsan Haqları Məhkəməsində pozulmuş hüquqlarımın bərpasına nail olacağam. Bunlar mənim həyatda yaşamaq, mübarizə aparmaq amilimdir və mən bununla səhərlərimi açıb, haqlı mübarizə yolumu davam etdirirəm, edəcəyəm də.

Bizlər onsuz da bu hakimiyyətin əksər harın nümayəndələri, nazir və məmurları kimi korrupsiya və rüşvətxorluq, mənmsəmə və talama yolu ilə xalqdan milyardlar oğurlamamışıq ki, onlar kimi bu maddiyyatların itirilməsindən qorxaq. Ancaq bu azğınlaşmış hakimiyyət məxluqları yeganə təmiz adımızı və kişiliyimizi də ləkələyib, bizləri alçaldmaq və sındırmaq istəyirlər. Onlar bu günə kimi görün nə qədər gunahsız insanların həyatını məhf edib, ailələr dağıdıb, nə qədər çirkab işlərlə məşqul olub, nə qədər insanları sifarişlə ləkələyib, şərləyib və həbsə atdırıblar.

Mübarizəmi sona kimi aparacağam və gec də olsa haqq-ədalət öz yerini tapacaq. Digər insanları da öz haqlı mübarizə yolundan dönməməyə, haqq sözünü deməkdən belə çəkinməməyə və bütün zəruri vasitələrdən istifadə edib, hakimiyyətdə tutduğu vəzifəsindən və mövqeydən aslı olmayaraq hər hansı hakimiyyət nümayəndəsi, nazir, məmurlar tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün mübarizə aparmağa səsləyirəm. Bu qanunsuzluqları edən nadürüstlərin müdafiəçisi hakimiyyət, vəzifə, oğurlanmış milyardlar, əllərində olan müvvəqqəti təsiretmə resurslardırsa, bizlərin yanında Uca Allah, kişilik, düzgün yol, əqidə, şərəf, ləyaqət, mənlik, mərdlik və dözümlük var. Haqq yolunda mübarizə aparan və bundan sonra da aparacaq hər bir şəxsə uğurlar arzulayıram.

Sonda bu qanunusluqda, özbaşınalıqda və cinayətlərdə əli olanlara və olmaqda da davam edən kimliyindən aslı olmayan hər bir şəxsə müraciət edirəm: ”Bizlər bu həyata bir dəfə gəlib, bu həyatda müvəqqəti yaşayırıq, öz missiyamızı yerinə yetirib vaxtı gələndə də bu həyatdan köçəcəyik”. Heç kim bu həyatda daimi deyil, bizlərə qalan da elədiyimiz əməllərə Uca Allahımız və bu həyatda bizdən sonra qalıb yaşayacaq, elədiyimiz hərəkətə görə övladlarımıza verilən qiymətdən aslı olacaq. İnsan bu həyatdan köçəndən sonra ya rəhmət qazanır, ya da gorbagor lənətinə məruz qalır. Sizlər artıq sonuncunu bəri başdan qazanmısız. Cəhənnəmdə bu hakimiyyətin əksər nümayəndələrinin əlindən inanın ki, yer olmayacaq.

Ancaq mənim üçün çox maraqlıdır, görəsən bəs Sizlər doğurdan da Uca Allahdan qorxmursunuz, görəsən Sizlər insanlığınızı, vicdanınızı və kişiliyinizi tamamilə itirmisiz ? 

Sonda Bill Geytsin sözləri ilə yekunlaşdırmaq istərdim: “Bildiyimə görə, şərəfsizliyin universiteti yoxdur. Bəs o zaman bu qədər məzunlar hardandır ?!”.

5cd3404b81e1b1afeecd5ba49e2fa4df XL 

 

 

 

 

 

 

Məqaləni hazırladı: Polis Akademiyasının sabiq müəllimi, polis polkovnik-leytenantı Yaqubov İlqar İlyas oglu.

Oxunuş sayı 2340 dəfə
Şərh vermək üçün giriş edin
Top