Çərşənbə axşamı, 19 İyun 2018 22:00

“Avropa işi” Hesabatının 2-ci hissəsi təqdim olundu

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanan “Avropa işi” Hesabatının 2- ci hissəsi, yenilənmiş forması başa çatdı. Sənəd ingilis dilinə tərcüməyə verildi. Sağ olsunlar, mühacir dostlarımızın texniki dəstəyi ilə Hesabat alman və fransız dillərinə də tərcümə olunaraq beynəlxalq təşkilatlara təqdim olunacaq.

Hesabat Avropa ölkələrində göstərdikləri fəaliyyətə görə ailə üzvləri, qohumları təzyiqlərə məruz qalan mühacir soydaşlarımızın üzləşdiyi problemlərlə bağlıdır. Sənədin 2- ci hissəsində mühacirlər- Fuad AkbarovElshan AbdullayevZaur MammadovElnur Mirze (Elnur Mirzəyev), Vugar NiftiyevGurbanov RashadMubariz DadasZöhrə Hasan, İsgəndər Səfərli (Isgo Safar), Avtandil Mammadov, və digərlərinin üzləşdiyi təzyiqlər, problemlər əks olunub

SMMM-nin rəhbəri tanınmış hüquq-müdafiəçisi Oktay Gülaliyevin xeberinfo.de saytına verdiyi açıqlamada bildirir ki, Avropada Azərbaycan davası aparan mühacirlərimizin durumu, onların özlərinə, ailə üzvlərinə, qohumlarına olan təzyiqlər daim diqqətimizdədir. Bu Hesabat onların üzləşdiyi problemləri fiksasiya etməklə yanaşı, həm də onlara tərəfimizdən olan kiçik dəstəkdir. Harda yaşamasından, hansı peşəyə, siyasi mənsubiyyətə bağlılığından asılı olmayaraq Azərbaycan davası aparan bütün siyasi mühacirləri müdafiə edirik və edəcəyik!

Oxunuş sayı 1380 dəfə
Şərh vermək üçün giriş edin
Top