Şənbə, 21 Dekabr 2019 18:03

Hesablama Palatası AMEA-da yoxlamalara başladı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin İşlər İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalara başlanılıb. 

Bu barədə Demokrat.az-a AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov məlumat verib. 

Onun sözlərinə görə, yoxlamaların aparılmasında qeyri-qanuni məqam yoxdur:

"Hesablama Palatası hər il bu cür yoxlamalar aparır. Burada qeyri-adi nəsə yoxdur. AMEA-da yoxlamalar aparmağa Hesablama Palatasının tam səlahiyyəti var. Yəqin ki, əvvəl-axır Folklor İnstitutunda da yoxlamalar aparılacaq".

Qeyd edək ki, Hesablama Palatası tərəfindən aparılan yoxlamaların AMEA-nın yeni prezidenti, akademik Ramiz Mehdiyevin müraciəti əsasında başladıldığı deyilir.   

Oxunuş sayı 1041 dəfə
Şərh vermək üçün giriş edin
Top