Şənbə, 21 Dekabr 2019 18:57

İcra başçısının təkcə Goranboyda 32 obyekti və mülkü üzə çıxdı

Bir neçə gün öncə kabinetində rüşvət alarkən həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevlə bağlı araşdırmalar davam edir. Bir neçə maddə ilə ittiham olunan və dünən barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilən keçmiş başçının evində və ona məxsus olduğu bilinən obyektlərində axtarış aparılıb. 

Məlumatda deyilir ki, təkcə, Goranboy rayonunda Nizaməddin Quliyevin 32 obyekt və mülki üzə çıxıb. Onların hamısında axtarış aparıldığı deyilir. Bundan başqa, ona, oğlanlarına və yaxın adamlarının adına olan obyektlər də nəzarətə götürülüb. Belə ki, Bakı və Gəncə şəhərlərində sabiq icra başçısına məxsus çoxlu sayda mənzil, torpaq sahəsi və müxtəlif obyektləri olduğu vurğulanır. 

 
Oxunuş sayı 1015 dəfə
Şərh vermək üçün giriş edin
Top