Cümə axşamı, 27 Fevral 2020 13:27

Müsəlman Birliyi Hərəkatına təzyiqlər davam edir

Müsəlman Birliyi Hərəkatının üç üzvü naməlum istiqamətə aparılıb.
Bu barədə MBH-nın Mətbuat Xidməti məlumat yayıb. Məlimatda bildirilir ki, bu gün səhər (27 Fevral) Müsəlman Birliyi Hərəkatının iki üzvü Qasımov İlyas və Sadıqov İqbal Ağcəbədi rayonunda yerləşən çay evlərinin birindən iki mülki geyimli şəxs tərəfindən qolları qandallanaraq naməlum istiqamətə aparılıb. Hadisədən bir neçə dəqiqə sonra isə hərəkatın daha bir üzvü Ağcabədi sakini Novruzov Elməddin də iş yerindən qolu qandallanaraq saxlanılıb. Naməlum istiqamətə aparılan hərəkat üzvlərinin harada olduğu, kimlər və hansı səbəbə görə saxlanıldığı hələ də bəlli deyil. Hər üç şəxsin ailəsi, eyni halda hərəkat rəhbərliyi onların vəziyyətindən narahatdır.
Hərəkat rəhbərliyi bu addımı hakimiyyətin hərəkat üzvlərinə qarşı növbəti təxribatı kimi dəyərləndirir.
 
Oxunuş sayı 970 dəfə
Şərh vermək üçün giriş edin
Top