Bazar ertəsi, 11 Aprel 2016 22:00

İcra başçısının 5 milyonluq malikanəsi və şəhid ailəsinin yaşadığı daxma – FOTO

Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovun 5 milyonluq malikanəsinin görüntüləri yayılıb. «Facebook» sosial şəbəkəsində icra başçısının villasının şəklini paylaşan istifadəçi digər tərəfdə isə bir neçə gün öncə cəbhədə gedən döyüşlərdə şəhid olmuş Kiş kənd sakininin yaşadığı evin şəklini yerləşdiriblər. 
Şəkildən də göründüyü kimi şəhidimizin ailəsinin yaşadığı ev bərbad vəziyyətdədir. Bundan fərqli olaraq başçının 5 milyona başa gəldiyi bildirilən villası göz qamaşdırır. Yaxşı olardı ki, Elxan Usubov özünə şərait yaratdığı kimi, canını Vətənə fəda edən şəhidimizin ailəsinin yaşadığı evi də təmir elətdirsin...
"Gündəlik Bakı" qəzetinin internet shifəsinə istinadla həmin fotoları təqdim edirik.

Oxunuş sayı 1863 dəfə
Şərh vermək üçün giriş edin
Top